Ölkə futbolu
Liderlər xal böldü
Bu gün futbol üzrə Azərbaycan II Liqasında 15-ci tur start götürüb. İlk gündə 3 matç oynanılıb.
Lider “Bakı Sportinq” 2-ci yerdəki “Şahdağ Qusar”ın qonağı olub. Oyunda qalib müəyyənləşməyib – 1:1. “Ağdaş” “Şəki Siti” ilə heç-heçə edib, “Şəfa” “Lerik”ə qalib gəlib.
“Şahdağ Qusar” – “Bakı Sportinq” 1:1
Qollar: Rahid Əmirquliyev, 32 – Röyal Nəcəfov, 51.
Şamaxı OİK stadionu.
“Ağdaş” – “Şəki Siti” 1:1
Qollar: Fuad Hüseynov, 5 – Elşən Mustafayev, 63.
Ağdaş şəhər stadionu.
“Şəfa” – “Lerik” 3:2
Qollar: Əli Əliyev, 11, 33, Cavanşir Tahirov, 85 – Azad Bayramzadə, 63, Valid Yusubzadə, 77.
Binə qəsəbə stadionu.
Tura sabah keçiriləcək 4 oyunla yekun vurulacaq.
14:00. “Qusar” – “Füzuli”
“Kapital Bank Arena” (ehtiyat meydança).
15:00. “Dinamo” – “Şəmkir”
Binə qəsəbə stadionu.
15:00. “Kür-Araz” – “Göygöl”
Heydər Əliyev adına İmişli şəhər stadionu.
15:00. “Cəbrayıl” – “Kürmük Qax”
“Neftçi Futbol Mərkəzi” (IV meydança).
- Premyer-liqa2024-04-14 20:55
“Qarabağ” “Sabah”a uduzdu
- Ölkə futbolu2024-04-13 08:35
Leandro Azərbaycan dilini öyrənib: “Qarabağ”da yaşadıqlarım mənim üçün gözəl hekayədir”
- Premyer-liqa2024-04-13 20:52
“Neftçi” “Araz-Naxçıvan”ı darmadağınla yola saldı
- Ölkə futbolu2024-04-14 08:00
“Turan Tovuz” avrokubok mübarizəsinə qayıtdı