Dünya futbolu
Liqa 1 klubundan “Roma”ya
“Roma” heyətini yeni futbolçu ilə gücləndirib.
Futbolinfo.az xəbər verir ki, A Seriyası təmsilçisi Fransanın “Olimpik” (Lion) klubunun yarımmüdafiəçisi Hussem Auarı heyətinə qatıb.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 24 yaşlı futbolçu yeni klubuna azad agent kimi qoşulub. Əlcəzair və Fransa vətəndaşlığına malik yarımmüdafiəçi ilə 5 illik müqavilə imzalanıb.
Xatırladaq ki, “Olimpik”in öz yetirməsi olan Auar bu komandada 233 oyuna 41 qol vurub.
Lion “Olimpik”i Auarla yanaşı, hücumçusu Mussa Dembele ilə də vidalaşıb. Onun da indiki klubu ilə müqaviləsinin müddəti bu ayın 30-da bitir. Bu üzdən də tərəflər yollarını ayırmaq qərarına gəliblər.
Dembele 2018-ci ildən oynadığı “Olimpik”də 172 oyuna 70 qol vurub.
- Milli komanda2024-05-08 12:17
Millimizin gələcək baş məşqçisi Bakıya gəlir
- Ölkə futbolu2024-05-08 09:27
Georgiyevski “Neftçi”nin nəticələrini qəbulolunmaz sayır: “Qarabağ” nə qədər güclü olsa da…”
- Milli komanda2024-05-07 22:55
AFFA Ştefan Kuntsla danışıq aparır? – Rəsmi açıqlama
- Ölkə futbolu2024-05-08 16:22
PFL-lə “YAŞAT” Fondu arasında anlaşma memorandumu imzalandı