Dünya futbolu
“Liverpul” antirekordunu yenilədi
“Liverpul” İngiltərə Premyer Liqasının 25-ci turu çərçivəsində “Everton”la qarşılaşıb.
Futbolinfo.az xəbər verir ki, “qırmızılar” doğma meydanda baş tutan Mersisayd derbisindən 0:2 hesablı məğlubiyyətlə ayrılıb.
Bu, Yurgen Kloppun komandasının ardıcıl dördüncü məğlubiyyətidir. Sözügedən kollektiv əvvəlki turlarda səfərdə “Lester Siti”yə (1:3), evdə isə “Mançester Siti” (1:4) və “Brayton”a (0:1) uduzmuşdu.
“Liverpul” bu nəticələrdən sonra bəzi uğursuz seriyalara imza atıb. Məsələ burasındadır ki, “qırmızılar” 2002-ci ildən bu yana ilk dəfə Premyer Liqada ardıcıl 4 görüşdə məğlub olub.
Liverpullular 1999-cu ildən sonra ilk dəfə doğma meydanda “Everton”a məğlub olub.
Bundan başqa, sözügedən komanda 1923-cü ildən bu yana ilk dəfə çempionatda ardıcıl 4 ev oyununda məğlub olub. Klub, bu baxımdan əvvəlki antirekordunu təkrarlayıb.
“Liverpul” bu mövsüm keçirdiyi 25 oyuna topladığı 40 xalla 6-cı pillədə qərarlaşıb.
- Premyer-liqa2024-04-14 20:55
“Qarabağ” “Sabah”a uduzdu
- Ölkə futbolu2024-04-13 08:35
Leandro Azərbaycan dilini öyrənib: “Qarabağ”da yaşadıqlarım mənim üçün gözəl hekayədir”
- Premyer-liqa2024-04-13 20:52
“Neftçi” “Araz-Naxçıvan”ı darmadağınla yola saldı
- Ölkə futbolu2024-04-14 08:00
“Turan Tovuz” avrokubok mübarizəsinə qayıtdı