Dünya futbolu
“Liverpul” “Arsenal”ı mübarizədən kənarlaşdırdı
İngiltərə Federasiya Kubokunda III turun oyunları keçirilir.
Futbolinfo.az xəbər verir ki, bu gün növbəti qarşılaşmalar baş tutub.
“Mançester Siti” “Haddersfild”i 5 cavabsız qolla məğlub edib. “Arsenal”la qarşılaşan “Liverpul” isə inamlı qələbə sayəsində mərhələ adlayıb.
Reqlamentə əsasən, bərabərliklə bitən oyunlar yenidən keçiriləcək.
Luton Taun – Bolton 0:0
Mançester Siti – Haddersfild 5:0
Nottingem Forest – Bləkpul – 2:2
Peterboro – Lids 0:3
Şrusberi – Reksem 0:1
Vest Bromviç – Alderşot 4:1
Vest Hem – Bristol Siti 1:1
Arsenal – Liverpul 0:2