Dünya futbolu
“Liverpul”dan Çempionşip klubuna – RƏSMİ
İngiltərənin “Liverpul” klubunda baş məşqçi ayrılığı baş verib.
Futbolinfo.az xəbər verir ki, Mersisayd təmsilçisinin U-23 komandasının çalışdırıcısı Nil Kritçli vəzifəsindən ayrılıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Kritçli ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.
Kritçli bu mövsüm “Liverpul”un əsas komandasında İngiltərə Liqa kubokunun “Aston Villa” və Federasiya kubokunun “Şrusberi Taun” klublarıyla matçda baş məşqçilik edib. “Liverpul” bu matçlarda “Aston Villa”ya uduzub, “Şrusberi Taun”la isə bir heç-heçə edib, bir də qələbə qazanıb.
Kritçli Çempionşip təmsilçisi “Blekpul”u çalışdıracaq.
- Ölkə futbolu2024-04-11 10:32
AFFA-nın gülməli seçimi: Uğursuz klub rəhbəri Hakimlər Komitəsinə sədr olacaq?
- Ölkə futbolu2024-04-11 14:10
AFFA-da növbəti təyinatlar olacaq: yeni baş katib və PFL prezidenti
- Ölkə futbolu2024-04-11 13:34
Lunyov “Qarabağ”ın uğurunun sirrini açdı: məşqçilər, həkimlər və…
- Ölkə futbolu2024-04-12 08:00
Mikayıl Cabbarovun kadrları azərbaycanlılara qarşı