Ölkə futbolu
“Lokomotiv” Konteni satmağın əleyhinə deyil
Aaron Olanare ilə yollarını ayıran “Neftçi” yeni hücumçu transferi üçün danışıqlarını intensivləşdirib.
Futbolinfo.az Bolqarıstan mətbuatına istinadən xəbər verir ki, “ağ-qaralar” yerli “Lokomotiv” klubunun forvardı Alfa Kontenin keçidi ilə bağlı təmaslarını davam etdirir. Artıq Plovdiv təmsilçisi də syerra-leoneli oyunçusu ilə yollarını ayırmaqda maraqlıdır.
Məsələ burasındadır ki, “Lokomotiv” hazırda maliyyə problemi ilə üzləşdib. Rəhbərlik bu durumdan çıxmaq üçün üç əsas oyunçusunu satmağı düşünür ki, onlardan biri də Kontedir. İndi qalır tərəflərin təzminat məbləğində ortaq məxrəcə gəlməsi.
Qeyd edək ki, Alfa Kontenin “Lokomotiv”lə müqavilə müddəti 2025-ci ilin yayına qədərdir.