Ölkə futbolu
Lotti ölkəmizə köçməkdən niyə imtina edib?
Meksikanın “Krus Asul” klubunun hücumçusu Auqusto Lottinin Azərbaycana köçməkdən imtinasının səbəbi müəyyənləşib. Futbolinfo.az-ın yerli mətbuata istinadən məlumatına görə, 27 yaşlı forvard ailəvi problemlər ucbatından ölkəmizdə oynamaq fikrini dəyişib.
Argentinalı futbolçu, əslində, ilk vaxtlar Premyer Liqada çıxış etməyə müsbət yanaşırdı. Lakin ailəsi Azərbaycana yollanmağa razı olmadığı üçün Lotti başqa variantları nəzərdən keçirmək qərarına gəlib. Onun xidmətində “Neftçi” və “Sabah” maraqlı idi.
Futbolçu hazırda ölkəsinin “Lanus”, “Union” və “Talleres” klubları ilə danışıq aparır.
- Milli komanda2024-05-03 08:00
Vay(ss) bizim halımıza?
- Müsahibə2024-05-02 15:51
Dodo “Qəbələ”yə kömək etmək istəyir: I Liqada da oynamağa hazırdır
- Ölkə futbolu2024-05-03 15:05
“Neftçi”nin transfer etmək istədiyi futbolçu Danimarkada həbsdə olub – cinsi təcavüzə görə
- Digər idman növləri2024-05-03 13:25
Tanınmış idmançılarla – öncə master-klas, sonra birgə məşq