Dünya futbolu
Luis Enrikenin istefası rəsmiləşdi
Futbol üzrə İspaniya millisinin baş məşqçisi Luis Enrikenin gözlənilən istefası rəsmiləşib.
Futbolinfo.az xəbər verir ki, bu barədə İspaniya Kral Futbol Federasiyasının (RFEF) rəsmi saytı məlumat yayıb.
Federasiya rəhbərliyi 52 yaşlı mütəxəssisin köməkçiləri ilə də vidalaşmağa qərar verib.
Xatırladaq ki, Luis Enrike 2018-ci ildən yığmada işləyirdi. Komanda onun rəhbərliyi altında AÇ-2020-də yarımfinala yüksəlib. İspaniya seçməsi DÇ-2022-nin 1/8 finalında da Mərakeşə penaltilər seriyasında məğlub olub.
- Ölkə futbolu2024-04-11 10:32
AFFA-nın gülməli seçimi: Uğursuz klub rəhbəri Hakimlər Komitəsinə sədr olacaq?
- Ölkə futbolu2024-04-11 14:10
AFFA-da növbəti təyinatlar olacaq: yeni baş katib və PFL prezidenti
- Ölkə futbolu2024-04-12 08:00
Mikayıl Cabbarovun kadrları azərbaycanlılara qarşı
- Ölkə futbolu2024-04-11 13:34
Lunyov “Qarabağ”ın uğurunun sirrini açdı: məşqçilər, həkimlər və…