Dünya futbolu
Lukaku rəsmən “İnter”də
“Çelsi”nin futbolçusu Romelu Lukaku yenidən “İnter”ə qayıdıb.
Futbolinfo.az xəbər verir ki, bu barədə London təmsilçisinin rəsmi saytı məlumat yayıb.
“Zadəganlar” 29 yaşlı hücumçunu 1 illik A Seriyası klubuna icarəyə verib.
“Çelsi” bu keçidə görə 8 milyon avro qazanacaq. Lukaku İtaliya klubuna qoşulmaq üçün maaşının 30 faiz azaldılmasına razı olub. Onun illik məvacibi 10 milyon sterlinqdən 7 milyon sterlinqə düşüb.
Xatırladaq ki, Lukaku 2019-2021-ci illərdə də “İnter”də oynayıb. O, ötən yay 115 milyon avroya “Çelsi”yə satılıb.
- Ölkə futbolu2024-04-19 21:00
“Sumqayıt” avrokubok iddiasını davam etdirir
- Premyer-liqa2024-04-19 18:26
“Turan Tovuz” “Sumqayıt”a böyük hesabla məğlub oldu
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq