Dünya futbolu
Lukaşenko Belarus millisinin uğursuzluğuna görə nazirə töhmət verib
Belarus Prezidenti Aleksandr Lukaşenko idman və turizm naziri Sergey Kovalçuka töhmət verib. O, futbol üzrə yığmanın Millətlər Liqasındakı uğursuz çıxışından narazıdır.
Kovalçuk bir neçə həftə əvvəl Lukaşenko ilə söhbətə çağırılıb. Dövlət başçısı millininin uğursuz çıxışları ilə bağlı nazirdən hesabat tələb edib. Kovalçu isə Belarus Futbol Federasiyası sədrinin birinci müavini Yuri Vergeyçiki günahlandırıb. Nazir federasiya rəsmisinin onu futbolun düzgün istiqamətdə inkişaf etdiyinə və Georgi Kondratyevin milliyə layiqli baş məşqçi olduğuna inandırdığını bildirib. Vergeyçik komandanın yaxşı nəticələr qazanacağına da söz verib.
Qeyd edək ki, Belarus yığması Millətlər Liqasının millimizin də yer aldığı C Divizionunun 3-cü qrupunda mübarizə aparır. Komanda 4 oyundan cəmi 2 xal toplayıb. İlk oyunda Azərbaycan millisi ilə qolsuz heç-heçə edən Belarus Bakıdakı qarşılaşmada uduzub – 0:2. Yığma Slovakiyaya uduzub (0:1), Qazaxıstanla heç-heç (1:1) edib.
- Ölkə futbolu2024-04-11 10:32
AFFA-nın gülməli seçimi: Uğursuz klub rəhbəri Hakimlər Komitəsinə sədr olacaq?
- Ölkə futbolu2024-04-11 14:10
AFFA-da növbəti təyinatlar olacaq: yeni baş katib və PFL prezidenti
- Ölkə futbolu2024-04-12 08:00
Mikayıl Cabbarovun kadrları azərbaycanlılara qarşı
- Ölkə futbolu2024-04-11 13:34
Lunyov “Qarabağ”ın uğurunun sirrini açdı: məşqçilər, həkimlər və…