Bizi izləyin

Ölkə futbolu

“Məcəlləsiz” işləyən İntizam Komitəsi

blank

AFFA İntizam Komitəsinin (İK) fəaliyyəti heç vaxt ciddi şəkildə idman mətbuatının diqqət mərkəzində olmayıb. Futbol meydanı, nəticələr, transferlər azarkeşlərin diqqətini daha çox çəkdiyi üçün idarəetmədəki qüsurlar arxa planda qalıb. Halbuki bir çox məqamlarda cəzalar, diskvalifikasiyalar nəticələrə az təsir etməyib.

Bəri başdan qeyd edək ki, bu yazının yazılmasında məqsəd hansısa klubun, onun oyunçu və məşqçisini müzakirə etmək deyil. Sadəcə, bu baxımdan ən diqqətçəkən sonuncu fakta nəzər yetirəcəyik. Çünki İntizam Komitəsiylə AFFA Apellyasiya Arbitraj Tribunalının son “paslaşması” maraqlı alındı, amma nəticəsiz qaldı. Sanki tribunal komitənin qərarında səhv tutdu, təkrar baxışdan sonra isə İK şübhələri əsassız saydı.

Proses aprelin 27-də İK-nın açıqladığı qərarlarla başladı. Qurum Premyer Liqanın XXIV turu çərçivəsində aprelin 25-də baş tutan “Sabah” – “Neftçi” oyununda başverənlərə rəsmi münasibət bildirdi. Digər oyunlarla yanaşı, paytaxt derbisi ilə bağlı intizam tədbirləri elan edildi və hər birində istinad edilən maddə göstərildi.

Məsələn, “Sabah”ın 3 futbolçusu qırmızı vərəqə aldığı üçün klub 4800 manat cərimələndi və bunun üçün 40-cı maddə əsas götürüldü. Qırmızı vərəqə alan oyunçuların cəzaları 47-ci maddəylə əsaslandırıldı və s. Lakin “Neftçi”nin baş məşqçisi Samir Abasovun 2 oyunluq cəzasının niyə verildiyi göstərilmədi. Qərarda sadəcə, onun oyundan sonra dava-dalaşa təhrikedici hərəkətlər etməsinə, aqressivlik göstərməsinə, mətbuat konfrası zamanı hakimin qərarlarını müzakirə etməsinə və qeyri-etik ifadələr işlətməsinə görə 2 oyun cəzalandığı, klubun 4000 manat cərimələndiyi yazıldı.

Görünür elə bu səbəbdən “Neftçi” Apellyasiya Arbitraj Tribunalına müraciət etdi. Təbii ki, bakılıların istəyi cəzanın və cərimənin azaldılması idi. Halbuki məsələ araşdırıldıqda cəzanın çoxaldılma ehtimalını nəzərə almadılar. Çünki qərarda göstərilən səbəblər 2020/21 mövsümü üçün İntizam Məcəlləsiylə tutuşdurulduqda Samir bəyin işi daha ağır olmalıydı. İntizam Komitəsi hansısa səbəbdən Abasovu bağışlamışdı.

Komitənin açıqladığı qərarlara və İntizam Komitəsinin bu səbəblərə görə nəzərdə tutduğu cəzalara diqqət yetirək:

Komitənin qərarında “oyundan sonra dava-dalaşa təhrikedici hərəkətlər” qeydi var. İntizam Məcəlləsində bu, 38-ci maddənin 3-cü bəndində əksini tapıb: “Dava-dalaşda iştirak edən rəsmi şəxs 10 oyundan 12 oyuna kimi cəzalandırılır, klub 4800 manat cərimə olunur”.

Qərarda daha sonra “aqressivlik göstərməsinə, mətbuat konfrası zamanı hakimin qərarlarını müzakirə etməsinə və qeyri-etik ifadələr işlətməsinə görə” ifadələri yer alıb. Məcəllənin 41-ci maddəsinin 4-cü bəndində yazılıb: “Rəsmi şəxslərə, oyunun rəsmi şəxslərinə (hakimlər də oyunun rəsmi şəxsləri sayılır – red.), rəqibə və azarkeşlərə qarşı təhqiredici hərəkətə, sözlərə və jestlərə görə rəsmi şəxs 5 oyunluq cəzalanır və klub 4000 manat cərimələnir”.

Qərarda Abasovun bu qayda pozuntularına yol verdiyi yazılıb, amma cəzası 2 oyunla qitmətləndirilib və klub 4000 manat cərimələnib. Halbuki maddələrə əsaslansaydılar, Samir bəy 15-17 oyunluq diskvalifikasiya edilməli, “Neftçi” 8800 manat xərcə düşməliydi.

Tribunal “Neftçi”nin müraciətini bəhanə bilərək cəzaya yenidən baxılması üçün İntizam Komitəsinə geridönüş etmişdi. Komitə ya qərarını əsaslandırmalı, ya da qeyd etdikləri pozuntulara uyğun olaraq cəzanı artırmalıydı.

Amma İntizam Komitəsi mayın 17-dəki iclasında aprelin 27-də verdiyi qərarı qüvvədə saxladı, heç bir dəyişiklik etmədi. Tribunal qərara yendən baxmaq üçün hələ mayın ilk günlərində komitəyə məktub göndərmişdi, İK isə yalnız mayın 17-də toplaşmağı lazım bildi. Halbuki cəzanın artırılma ehtimalı nəzərə alınmalı, anında məsələyə reaksiya verilməliydi. Deyək ki, AFFA rəsmiləri həmin vaxt iş günü olmadığını bəhanə etdi və ayın ortasında bir araya gəldi – bunda da problem yoxidi, cəza sonrakı matçlara şamil edilə bilərdi, lakin qərar dəqişmədi. Belə ki, İK qərarda yazdığı səbəbləri maddələrə əsaslanaraq icra etmədi.

Həmin vaxta, yəni mayın 17-ə kimi Abasov artıq texniki zonaya dönmüş və komandasını “Sumqayıt”la qarşılaşmaya çıxarmışdı. Qərar qüvvədə saxlandıqdan sonra isə “Qarabağ”la çempionluq matçı reallaşdı. Yəqin ki, komitə “Neftçi”nin apellyasiya verərək etdiyi səhvi bakılıların əleyhinə istifadə etmək istəmədi. Doğrusu, çempionatın həlledici məqamında fərqli qərar əsəbləri gərginləşdirər, əlavə söz-söhbətə səbəb olardı.

Lakin fakt budur ki, komitə səhv qərar verdi. Günahına girməyək, bəlkə də Abasov qərarda sadalanan qayda pozuntularını etməyib, amma bütün bunlar qərarda əksini tapıbsa, konkret maddələr üzrə cəzasını da almalıydı. Nədənsə belə olmadı. Bu isə İntizam Komitəsinin bağışlanmayacaq səhvidi. Və söhbət hansısa klubdan, məşqçidən getmir, faktın təhrifi, İntizam Məcəlləsinə hörmətsizlik göz deşir.

İntizam Komitəsinin sədri Erkin Hüseynov SOCAR-da məsul vəzifə tutur, eyni zamanda çempionat matçlarında AFFA nümayəndəsi kimi təmsil olunur. Maaşını gözləməkdən, qonorarını hesablamaqdan vaxtı olanda İntizam Məcəlləsinə göz atması pis olmaz.

Apellyasiya Arbitraj Tribunalının sədri Ziya Babayevin isə bu kimi məsələləri qabartmaq kimi həvəsi yoxdu. O, AFFA-da gərginlik yaranmasında maraqlı ola bilməz. Axı, Ziya bəy qurumun de-fakto idarəçisi olan icraçı vitse-prezident Elxan Məmmədovun sadiq kadrlarındandı. O qədər sadiq ki, 2018-ci ilin mayında AFFA-da işə başlayan bu şəxs indi Elxan bəyin qardaşının müavinidi. “Auto Azerbaijan” şirkətindən ayrılan Babayev yaxınlarda “Azərxalça” Açıq Səhmdar Cəmiyyəti İdarə Heyətinə sədr təyin olunan Emin Məmmədova yardım edir.

Kəsəsi, futbolda futbol yox, şəxsi karyeralarına qulluq edən dost-tanış dəstəsi hökmranlıq edir. Onlara isə həqiqət yox, səs-küysüz, qulağıdinc fəaliyyət maraqlıdı. Qanunları ayaqlamaq bu adamlar üçün problem deyil.

FƏRİD

Reklam
Şərh et

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Reklam


blank
Digər idman növləri2024-04-21 16:13

Azərbaycan parabadmintonçusu beynəlxalq turnirdə bürünc medal qazandı

blank
Premyer-liqa2024-04-21 16:10

“Kəpəz” “Sabah”a qarşı – YENİLƏNİR

blank
Dünya futbolu2024-04-21 15:52

İsgəndərli Türkiyədə növbəti matçına çıxdı

blank
Premyer-liqa2024-04-21 15:21

“Kəpəz”də üç itki

blank
Dünya futbolu2024-04-21 14:53

Krivotsyukun komandasından səfər heç-heçəsi

blank
Dünya futbolu2024-04-21 14:25

Həsənalızadənin komandası səfərdən 1 xalla qayıtdı

blank
Dünya futbolu2024-04-21 13:54

Ozan fərqləndi, komandası səfərdən 1 xalla döndü

blank
Digər idman növləri2024-04-21 13:17

Abasov İddiaçılar Turnirində növbəti sınağına çıxacaq

blank
Digər idman növləri2024-04-21 12:53

Azərbaycan cüdoçularından Avropa Kubokunun ilk günündə 2 medal

blank
Ölkə futbolu2024-04-21 12:34

Yüksək Liqada 19-cu turun oyunları keçiriləcək

blank
Ölkə futbolu2024-04-21 11:50

Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır

blank
Digər idman növləri2024-04-21 11:35

“Qarabağ” “Azəryol”a qalib gəldi

blank
Ölkə futbolu2024-04-21 10:19

Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq

blank
Digər idman növləri2024-04-21 09:50

İddiaçılar Turniri: Nicat sülh bağladı

blank
Premyer-liqa2024-04-21 09:33

“Kəpəz” “Sabah”a, “Araz-Naxçıvan” “Səbail”ə qarşı

blank
Digər idman növləri2024-04-21 08:20

Azərbaycan paraüzgüçüləri üçün Madeyra sınağı

blank
Ölkə futbolu2024-04-21 08:00

Andersonun dediyi kimi…

blank
Dünya futbolu2024-04-21 03:30

“Jirona”dan darmadağın

blank
Dünya futbolu2024-04-21 03:00

“Napoli” səfərdən xalsız döndü

blank
Dünya futbolu2024-04-21 02:41

“Nant” evdə darmadağına üzüldü

blank
Dünya futbolu2024-04-21 02:22

“Arsenal”dan inamlı qələbə

blank
Ölkə futbolu2024-04-21 02:00

“Bayern”dən darmadağın

blank
Dünya futbolu2024-04-21 01:42

“Mançester Siti” “Çelsi”yə qalib gəldi, finala yüksəldi

blank
Dünya futbolu2024-04-21 01:21

Sahruddinin komandası xal itirdi, “Trabzonspor” qalib gəldi

blank
Digər idman növləri2024-04-21 01:00

Azərbaycan komandası Bakıdakı turnirdə 3-cü oldu

blank
Digər idman növləri2024-04-21 00:30

Azərbaycanın iki boksçusu AÇ-də mərhələ adladı

blank
Premyer-liqa2024-04-20 23:19

“Sonradan girənlər oyuna yaxşı qoşulanda adamın ürəyi açılır” – Rəşad Sadıqov

blank
Premyer-liqa2024-04-20 22:54

“Bu, gözlənilməz oldu” – Miodraq Bojoviç

blank
Premyer-liqa2024-04-20 21:35

“Neftçi” “Zirə”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2024-04-20 21:00

“Qarabağ”la “Qəbələ”dən heç-heçə – VİDEO

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm