Digər idman növləri
Mənfəətin artmasına görə tutulan verginin yarısı qaytarıla bilər
MHL-in oyunçularından tutulan eskrounun yarısı onlara geri qaytarıla bilər. Bu, liqanın gəlirlərinin artımından sonra bəlli olub.
MHL-in komissioneri Qarri Betmen mənfəət barədə danışarkən, mövsümdə qazancın 6,3 milyard ola biləcəyini qeyd edib. Bu da MHL tarixində ən yüksək göstəricidir. Bu vaxta qədər ən yüksək mənfəət iki il əvvəl olmuşdu. Həmin mövsümdə liqa 5,93 milyard qazanc götürmüşdü.
Qeyd edək ki, eskrou hokkeyçilərin ödədiyi vergilərdən biridir. Kollektiv razılaşmaya əsasən, eskrou hokkeyçilərlə klub rəhbərləri arasında balansın qorunmasına xidmət edir. Bu mövsüm hokkeyçilər gəlirlərinin 6%-ni ödəyiblər. Yekun hesabat və auditdən sonra məbləğin yarısı geri qaytarıla bilər.
Xatırladaq ki, müntəzəm çempionat aprel ayının 19-da yekunlaşacaq.
- Ölkə futbolu2024-04-11 10:32
AFFA-nın gülməli seçimi: Uğursuz klub rəhbəri Hakimlər Komitəsinə sədr olacaq?
- Ölkə futbolu2024-04-11 14:10
AFFA-da növbəti təyinatlar olacaq: yeni baş katib və PFL prezidenti
- Ölkə futbolu2024-04-12 08:00
Mikayıl Cabbarovun kadrları azərbaycanlılara qarşı
- Ölkə futbolu2024-04-11 13:34
Lunyov “Qarabağ”ın uğurunun sirrini açdı: məşqçilər, həkimlər və…