Milli komanda
“Azərbaycanda məni istəyirlər, amma heç nə etmirlər” – Ayaz Quliyev
Rusiyanın “Ximki” klubunun azərbaycanlı yarımmüdafiəçisi Ayaz Quliyev Azərbaycan millisində oynamaq ehtimalından danışıb.
Futbolinfo.az xəbər verir ki, 25 yaşlı futbolçu “Sport24.ru”ya açıqlamasında millidə oynaması üçün AFFA-nın konkret addım atmalı olduğunu deyib:
“Federasiya ilə daimi əlaqə saxlayıram, amma yekun təklif etməyiblər. Hər şey səthidir, konkret söhbət olmur. Belə çıxır ki, məni istəyirlər, amma heç nə etmirlər. Mənim üçün bir yerdə oturmaq, danışmaq, bir-birimizi dinləmək və ortaq nöqtəyə gəlmək lazımdır”.
Quliyev “Azərbaycan millisində oynamağa hazırsanmı” sualına da cavab verib:
“Mən ancaq konkret danışıqlardan sonra nəyin necə olduğunu biləcəyəm. İndi nə “hə”, nə də “yox” deyə bilərəm. Tələsik qərarlar vermək istəmirəm”
Bir müddət əvvəl AFFA-nın Quliyevi yığmanın növbəti matçlarına qədər milliləşdirmək istədiyi barədə xəbərlər yayılmışdı.
- Ölkə futbolu2024-04-19 21:00
“Sumqayıt” avrokubok iddiasını davam etdirir
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-21 08:00
Andersonun dediyi kimi…