Ölkə futbolu
Mahir Emreli ağır zədə aldı: Onun üçün mövsüm bitdi?
Azərbaycan millisinin futbolçusu Mahir Emreli ağır zədə alıb.
Futbolinfo.az saytı xəbər verir ki, Zaqreb “Dinamo”sunun hücumçusu Xorvatiya klubunun yoxlama görüşündə sıradan çıxıb. O, Sloveniyanın “Roqaşka” klubu ilə sınaq matçının 60-cı dəqiqəsində heç bir təmas olmadan yerə yıxılıb. Baş məşqçi Sergey Yakiroviç qarşılaşmanın ardından 26 yaşlı forvardın dirsək və bud nahiyəsinin zədə aldığını bildirib.
Maqnit Rezonans Tomoqrafiyasından (MRT) sonra zədənin hansı səviyyədə olduğu müəyyənləşəcək. Lakin ilk proqnozlara görə, Emreli bir neçə ay komandadan kənarda qalacaq. Onun hətta mövsümü başa vurmaq ehtimalı da var.
Bu isə o deməkdir ki, Mahirin başqa kluba keçmək variantı böyük ehtimalla alınmayacaq. Oyunçu Türkiyə, Kipr, Rusiya kimi ölkələrin klublarından təkliflər alsa da, uzun müddətə sıradan çıxan birini heç kim transfer etməz.
Qeyd edək ki, “Dinamo” yoxlama görüşündə 1:0 hesablı qələbə qazanıb.