Milli komanda
“Malta və Latviyaya qalib gələ bilərdik” – Ağabala Ramazanov
“Millimizin keçirdiyi oyunlar barədə geniş danışa bilmərəm. Çünki bu matçlarda iştirak etməmişəm”. Bu sözləri futbolinfo.az-a açıqlamasında Azərbaycan millisinin və “Zirə”nin hücumçusu Ağabala Ramazanov deyib.
Yığmamızın Malta və Latviya ilə yoldaşlıq oyunları üçün heyətə çağırılan Ramazanov heç bir oyunda meydanda olmaması barədə belə danışıb: “Meydana çıxmamağım məşqçinin qərarı idi. Buna baxmayaraq, yoluma davam edirəm. İnanıram ki, gələcək matçlarda şans qazanacam”.
Uzun müddət sonra milliyə çağırılan forvard indiyə qədər dəvət almaması ilə bağlı suala belə cavab verib: “Yəqin ki, məsləhət olmayıb. Amma hər zaman yığmada oynamağa hazır olmuşam”.
Ramazanov Malta və Latviyaya 0:1 hesabları ilə uduzan komandamızın bu oyunlardakı çıxışının Millətlər Liqasında keçiriləcək matçlar üçün hansı faydası olacağını zamanın göstərəciyini açıqlayıb: “Hər iki rəqibə qalib gələ bilərdik. Bu matçların Millərlər Liqasında hansı faydası olacağını zaman göstərəcək”.
- Ölkə futbolu2024-04-11 10:32
AFFA-nın gülməli seçimi: Uğursuz klub rəhbəri Hakimlər Komitəsinə sədr olacaq?
- Ölkə futbolu2024-04-12 08:00
Mikayıl Cabbarovun kadrları azərbaycanlılara qarşı
- Ölkə futbolu2024-04-11 14:10
AFFA-da növbəti təyinatlar olacaq: yeni baş katib və PFL prezidenti
- Ölkə futbolu2024-04-11 13:34
Lunyov “Qarabağ”ın uğurunun sirrini açdı: məşqçilər, həkimlər və…