Dünya futbolu
“Mançester Siti”dən “Barselona”ya
İngiltərənin “Mançester Siti” klubunun müdafiəçisi Erik Qarsiya karyerasını “Barselona”da davam etdirəcək.
Futbolinfo.az xəbər verir ki, bunu “şəhərlilər”in baş məşqçisi Xosep Qvardiola açıqlayıb.
O, ispan futbolçunun yeni mövsümdən “Barselona”da çıxış edəcəyini bildirib: “Qarsiya “Barselona”da oynayacaq. O, sıradan bir futbolçu deyil. Koronavirus pandemiyası zamanı yaranmış fasilədən düzgün istifadə etdi və sonra daha çox şans qazandı”.
İtaliyalı jurnalist Fabritsio Romanonun iddiasına görə, Qarsiya “Barselona” ilə 5 illik müqavilə barədə razılığa gəlib.
İspaniya yığmasının da üzvü olan Erik Qarsiya bu mövsüm “Mançester Siti”də 9 oyunda iştirak edib. Müdafiəçi “Barselona” klubunun yetirməsi olsa da, 2018-ci ildən İngiltərə klubuna keçib.
- Ölkə futbolu2024-04-11 10:32
AFFA-nın gülməli seçimi: Uğursuz klub rəhbəri Hakimlər Komitəsinə sədr olacaq?
- Müsahibə2024-04-10 11:44
Subaşiç “Neftçi” və “Qəbələ”yə görə məyusdur: “Rəhbərlik heyət və məşqçi ilə bağlı qərar verməlidir”
- Ölkə futbolu2024-04-11 14:10
AFFA-da növbəti təyinatlar olacaq: yeni baş katib və PFL prezidenti
- Ölkə futbolu2024-04-11 13:34
Lunyov “Qarabağ”ın uğurunun sirrini açdı: məşqçilər, həkimlər və…