Dünya futbolu
“Mançester Siti”dən bir qələbə ilə iki rekord
“Mançester Siti” İngiltərə Premyer Liqasının 21-ci turu çərçivəsində “Şeffild Yunayted”ə 1:0 hesabı ilə qalib gəlib.
Futbolinfo.az xəbər verir ki, “şəhərlilər” bu qələbə ilə rekorda imza atıb.
Komanda son 12 oyununda qələbə qazanıb. Bu, klub tarixində ən uzun qələbə seriyası olaraq tarixə keçib.
Bundan başqa, “Mançester Siti” 2021-ci ildə bütün turnirlər nəzərə alınmaqla keçirdiyi 9 oyunun hamısında qalib gəlib. Bu, 1888-ci ildən bəri İngiltərə klublarının göstərdiyi ən yaxşı nəticədir.
Bu oyun Pep Qvardiola üçün də əlamətdar olub. “Mançester Siti”nin baş məşqçisi “Böyük beşlik” ölkələrinin çempionatlarında 500 qələbə həddinə çatan mütəxəssislər sırasına qoşulub.
- Ölkə futbolu2024-04-19 21:00
“Sumqayıt” avrokubok iddiasını davam etdirir
- Premyer-liqa2024-04-19 18:26
“Turan Tovuz” “Sumqayıt”a böyük hesabla məğlub oldu
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq