Dünya futbolu
“Mançester Siti”nin rekord gecəsi
“Mançester Siti” UEFA Çempionlar Liqasında (ÇL) yeni rekorda imza atıb. “Şəhərlilər” 1/8 finalda Danimarka “Kopenhagen”ini 3:1 hesabı ilə məğlub etdikləri cavab oyununda bunu reallaşdırıblar.
Bu, Xosep Qvardiolanın kollektivinin qitənin ən nüfuzlu klub turnirində ardıcıl 10-cu qələbəsi olub. “Mançester Siti” ÇL-də keçirdiyi ardıcıl 10 matçda qalib gələn ilk İngiltərə təmsilçisi kimi tarixə düşüb.
Mançesterlilərə qədər yalnız iki komanda bu həddə çata bilmişdi. “Real” 2015-ci ildə 10, “Bayern” 2013-cü ildə 10, 2020-ci ildə isə 15 qarşılaşmada rəqiblərindən güclü olub. Bundan başqa, “Mançester Siti” Çempionlar Liqasında ardıcıl 9 ev oyununda 3 və ya daha çox qol vuran ilk komanda olub.
Qeyd edək ki, “Kopenhagen”i hər iki matçda 3:1 hesabı ilə məğlub edən “Mançester Siti” 1/4 finala yüksəlib.
- Premyer-liqa2024-04-14 20:55
“Qarabağ” “Sabah”a uduzdu
- Ölkə futbolu2024-04-13 08:35
Leandro Azərbaycan dilini öyrənib: “Qarabağ”da yaşadıqlarım mənim üçün gözəl hekayədir”
- Premyer-liqa2024-04-13 20:52
“Neftçi” “Araz-Naxçıvan”ı darmadağınla yola saldı
- Ölkə futbolu2024-04-14 08:00
“Turan Tovuz” avrokubok mübarizəsinə qayıtdı