Dünya futbolu
“Mançester Yunayted” 4 futbolçusunu saxlamaq istəyir
“Mançester Yunayted” 4 futbolçusu ilə yeni müqavilə bağlamağa çalışır. “Qırmızı şeytanlar” anlaşması bitmək üzrə olan oyunçuların daha yaxşı şərtlərlə yeni təklif irəli sürüb.
Futbolinfo.az xəbər verir ki, qalması arzulanan oyunçular Markus Reşford, Dioqo Dalot, Lük Şou və Freddir. Onların hamısına daha sərfəli müqavilə təklif edilib.
Əvəzində “Mançester Yunayted” bir futbolçunun getməsində maraqlıdır. Aaron Van-Bissakanı satmağa çalışan klub, oyunçu ilə maraqlanan “Vulverhempton”, “Vest Hem” və “Kristal Pelas”dan real addım gözləyir.
David de Xeayla bağlı vəziyyət isə qeyri-müəyyəndir. Tərəflər danışıqları davam etdirir. Qapıçı uzunmüddətli müqavilə tələb etdiyindən klub başqa qapıçı transfer etməyin planlarını cızır.
- Ölkə futbolu2024-04-11 10:32
AFFA-nın gülməli seçimi: Uğursuz klub rəhbəri Hakimlər Komitəsinə sədr olacaq?
- Ölkə futbolu2024-04-11 14:10
AFFA-da növbəti təyinatlar olacaq: yeni baş katib və PFL prezidenti
- Ölkə futbolu2024-04-12 08:00
Mikayıl Cabbarovun kadrları azərbaycanlılara qarşı
- Ölkə futbolu2024-04-11 13:34
Lunyov “Qarabağ”ın uğurunun sirrini açdı: məşqçilər, həkimlər və…