Dünya futbolu
“Mançester Yunayted”lə “Tottenhem”ə 1 qol bəs etdi
Futbol üzrə İngiltərə Premyer Liqasında 3-cü tura yekun vurulub.
Futbolinfo.az xəbər verir ki, sonuncu oyun günündə üç qarşılaşma baş tutub.
“Bernli” – “Lids” matçında qalib müəyyənləşməyib.
Heyətini Kriştiano Ronaldo ilə gücləndirən “Mançester Yunayted” səfərdə “Vulverhempton”un qonağı olub. “Qırmızı şeytanlar” bu oyundan minimal hesabla qalib ayrılıblar.
“Tottenhem” isə “Uotford”la oyunda oxşar hesabla qalib gəlib.
İngiltərə Premyer Liqası
3-cü tur
28 avqust
Mançester Siti – Arsenal 5:0
Qol: İ.Gündoğan, 7. F.Torres, 12; 84. Q.Jezus, 43. Rodri, 53.
Aston Villa – Brentford 1:1
Qol: Buendia, 13 – Touni, 7.
Brayton – Everton 0:2
Qol: Qrey, 41. Kalvert-Levin, 58.
Vest Hem – Kristal Pelas 2:2
Qol: Fornals, 39. M.Antonio, 68 – Qallaxer, 58; 70.
Norviç – Lester Siti 1:2
Qol: Pukki, 44 – Vardi, 8. Olbrayton, 76.
Nyukasl – Sauthempton 2:2
Qol: Uilson, 55. Sent-Maksimin, 90 – Elyunussi, 74. Uard-Prauz, 90+6.
Liverpul – Çelsi 1:1
Qol: Salah, 45+5-pen – Haverts, 22.
29 avqust
Bernli – Lids 1:1
Qol: Vud, 61 – Bemford, 86.
Tottenhem – Uotford 1:0
Qol: Son, 42.
Vulverhempton – Mançester Yunayted 0:1
Qol: Qrinvud, 80.
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-21 08:00
Andersonun dediyi kimi…
- Premyer-liqa2024-04-20 20:55
“Zirə” “Neftçi”yə qalib gəldi