Dünya futbolu
“Marakana” da koronavirus xəstəxanasına çevrildi
Rio-de-Janeyronun özündə məşhur “Marakana” stadionunu da birləşdirən idman kompleksi xəstələr üçün müvəqqəti koronavirus hospitalına çevriləcək.
Futbolinfo.az xəbər verir ki, bu barədə yerli hakimiyyətə istinadən “Reuters” agentliyi məlumat yayıb.
Şəhər hakimiyyəti hələ “Marakana”da neçə xəstəxana çarpayısının yerləşdiriləcəyi məsələsini həll etməyib. Həmçinin hospitalın futbol meydanında və ya kompleksin başqa yerində açılacağı da məlum deyil.
Braziliya Səhiyyə Nazirliyinin son məlumatına əsasən, ölkədə infeksiyaya yoluxma hallarının sayı 2,9 mini ötüb, 78 nəfər virusun qurbanı olub.
“Marakana” dünyanın məşhur stadionlarından biridi. Onun açılışı 1950-ci ilin futbol üzrə dünya çempionatına uyğunlaşdırılıb. Burada 2014-cü ildə futbol mundialının finalı keçirilib, həmçinin 2016-cı il Olimpiada oyunlarının açılış və bağlanış mərasimləri “Marakana”da olub.
- Ölkə futbolu2024-04-11 10:32
AFFA-nın gülməli seçimi: Uğursuz klub rəhbəri Hakimlər Komitəsinə sədr olacaq?
- Ölkə futbolu2024-04-11 14:10
AFFA-da növbəti təyinatlar olacaq: yeni baş katib və PFL prezidenti
- Ölkə futbolu2024-04-12 08:00
Mikayıl Cabbarovun kadrları azərbaycanlılara qarşı
- Ölkə futbolu2024-04-11 13:34
Lunyov “Qarabağ”ın uğurunun sirrini açdı: məşqçilər, həkimlər və…