Ölkə futbolu
Marakvelidze hələ oynamağa hazır deyil
“Hələ ki, reabilitasiyam davam edir”. Bunu futbolinfo.az-a açıqlamasında “Turan Tovuz”un futbolçusu Piruzi Marakvelidze deyib.
Gürcü futbolçu zədəsindən danışıb: “Mənim üçün çətin zamandır. Amma çox güclü şəkildə geri qayıdacağam. Məşqlərə start versəm də, oynamaq üçün hazır deyiləm. Yalnız bərpa olunmaqla məşğulam. Düşünürəm ki, tam formada qayıdacam və oynamaq şansı qazanacam”.
Marakvelidze Tovuz klubunda qalıb-qalmayacağı ilə bağlı isə bunları deyib: “Yaya qədər müqaviləm var və o zamana qədər burdayam. Sözləşməm bitdikdən sonra nə olacağını görəcəyik”.
- Ölkə futbolu2024-04-11 10:32
AFFA-nın gülməli seçimi: Uğursuz klub rəhbəri Hakimlər Komitəsinə sədr olacaq?
- Ölkə futbolu2024-04-11 14:10
AFFA-da növbəti təyinatlar olacaq: yeni baş katib və PFL prezidenti
- Ölkə futbolu2024-04-12 08:00
Mikayıl Cabbarovun kadrları azərbaycanlılara qarşı
- Ölkə futbolu2024-04-11 13:34
Lunyov “Qarabağ”ın uğurunun sirrini açdı: məşqçilər, həkimlər və…