Bizi izləyin

Ölkə futbolu

“Marset” Futbol Akademiyası Bakıda azərbaycanlı istedadlar arasında seçim edir

blank
blank

“Oğlumu “Marset” Futbol Akademiyasına aparanda onların məşq prosesini gördüm. Oğlumun müsbət nəticəsini görəndən sonra rəhbərliklə məsləhətləşdik və qərara aldıq ki, buradakı uşaqları inkişaf etmələri üçün İspaniyaya göndərək”.

Futbolinfo.az xəbər verir ki, bunu ASTA Futbol Akademiyasının (Azerbaijan Sport Talents Academy) rəsmisi Vəli Bünyadov İspaniyanın “Marset” Futbol Akademiyası ilə birgə təşkil olunan mətbuat konfransında deyib.

Onun sözlərinə görə, hazırda Bakıda olan “Marset”in məşqçiləri yaxın günlərdə seçilmiş yeniyetmə futbolçuların hazırlıqlarına baxacaq, onlardan bir neçəsini İspaniyaya dəvət edəcəklər: “Bu layihəyə dəstəyi akademiyamızın sahibi olan iş adamı Adnan Əhmədzadə verdi. O, təklifimizi dərhal qəbul etdi. “Marset” Futbol Akademiyası ilə danışıq apardıq və müqavilə imzaladıq”.

Vəli Bünyadov İspaniyaya gedəcək yeniyetmələrin orada dil problemi yaşamayacaqlarını düşünür: “Marset” Futbol Akademiyasında ispan dili kursu da keçirlər. Yəni uşaqlara yerli dili öyrədirlər. Buna baxmayaraq, iyul-avqust aylarında uşaqlara müəllim tutacağıq ki, ispan dilini heç olmasa 20-30 faiz öyrənsinlər. Ora gedəndə də hazır olsunlar. Orada təhsil sentyabrın 5-də başlayacaq”.

ASTA rəsmisi uşaqların il ərzində iki dəfə Azərbaycana gəlmələri üçün akademiya tərəfindən hər cür şərait yaradılacağını da sözlərinə əlavə edib: “Yeni il bayramında iki həftəlik fasilə olur, eyni zamanda, iyunda məktəb bitir, istirahət günləri yaranır. Həmin vaxtlar uşaqların bura gəlmələri və yenidən İspaniyaya qayıtmaları ASTA Futbol Akademiyası tərəfindən təşkil olunacaq”.

ASTA Futbol Akademiyasının koordinatoru Rafael Yusifov 2008-2009-cu il təvəllüdlü yeniyetmələri milli komandanın bazasına əsasən seçdiklərini bildirib. O, bəzi klubların bu layihədə onlara dəstək nümayiş etdirdiyini vurğulayıb: “Seçimlərdə iştirak etmək, özlərini göstərmək üçün hamıya imkan yaratdıq. Uşaqların klublarla müqavilələri var. “Səbail”, “Neftçi” və digər 1-2 klub oyunçularını verməyə razılıq verdilər. Bəzi klublar isə layihədə iştirak etmək istəmədilər”.

“Marset” Futbol Akademiyasının direktoru Rivero Karlos Arias çıxışında gördükləri işlər barədə məlumat verib: “Akademiyamız Şimali Koreyada seçimlər aparmış, bir il ərzində 20 nəfəri İspaniyaya aparmışdı. Onlardan 3-ü sonradan Şimali Koreya millisinə qoşulmuşdu. Onlardan biri Han-Kvan Son isə “Yuventus” klubuna transfer olunmuşdu. Biz akademiyada hər bir idmançı ilə fərdi təlimlər keçirik. Futbolda ən vacibi nəticədir. 14-16 yaşlı uşaqlar arasında oyunlar keçirilir, dincəlməyə çox vaxtları olmur. Hər birinə individual dərslər keçirik, istirahət etmək imkanı da yaradırıq. Akademiyada əsasən texnoloji resurslardan istifadə edirik. Məşqçilər bu resurslarla təmin olunurlar. Akamiyada 24 ölkənin nümayəndəsi çalışır. Futbol dilində danışdığımız üçün heç bir problem yaşamırıq. Yetişdirdiyimiz idmançılar daha sonra müxtəlif klublarla müqavilələr bağlayırlar və orada daha da irəli gedirlər. Akademiyamızı bitirənlər bu gün dünyanın məşhur klublarında çıxış edirlər. Məsələn, “River Pleyt”, “Atletiko” kimi komandalarda yetirmələrimiz var”.

Mütəxəssis bu il seçiləcək azərbaycanlı yeniyetmələr barədə müəyyən müddət keçdikdən sonra fikir bildirəcəklərini deyib: “Bakıda olmağımızın böyük əhəmiyyəti var. İspaniyanın məşhur “Marca” qəzetində bura gəlməyimizlə bağlı məqalə dərc olunmuşdu. Çünki Azərbaycana nadir hallarda İspaniyadan məşqçi gəlir. Burada seçilən uşaqlar barədə indidən nəsə deyə bilmərik. Konkret fikir bildirmək üçün 1-2 il vaxt keçməlidir. Biz təkcə futbolçu yox, yüksək təhsilli vətəndaş yetişdirməyə çalışırıq”.

Rivero Karlos Arias Azərbaycan futbolunun ildən-ilə inkişaf etdiyini düşünür: “Azərbaycanda yaxşı futbolçular var. Bu ölkənin futbol sahəsində böyük inkişaf gedir. Bizim layihəmiz də kömək ola bilər. Hamı düşünür ki, Braziliyadan, Afrikadan çıxan oyunçular daha yaxşı olurla. Amma biz göstərmək istəyirik ki, başqa ölkələrdən də güclü futbolçular yetişdirmək mümkündür. Azərbaycan futbolçuları texniki cəhətdən hazırlıqlı olurlar. İstənilən şəxs rəqabət görməyəndə tənbəlləşir. Biz akademiyada rəqabət mühiti formalaşdırır, uşaqlardan çox şey tələb edirik. Onların intizamı və öz üzərlərində çalışmaları bizim üçün vacibdir. Hansısa oyunçuda bunları görə bilməsək, ASTA ilə əlaqə saxlayacağıq və onu başqası ilə dəyişdirməyə çalışacağıq”.

“Marset” Futbol Akademiyasının seleksiyaçı məşqçisi Ragel Marmol Felipe isə hər bir oyunçu ilə həm fərdi, həm də kollektiv şəkildə çalışmalar apardıqlarını bildirib: “Başqa klublardan akademiyamıza gələn idmançılarla bağlı təhlillər aparırıq, onlara gündə iki dəfə məşq keçirik. Hər bir oyunçunun qarşısına əvvəlcə makro və mikro hədəflər qoyuruq. Gənclərə fərdi və kollektiv məşqlər keçirik. Ona öz videolarını göstərib, birlikdə analiz aparırıq. Başqa klublar bizim uşaqlarla müqavilə bağlamaq istəyəndə, onların həmin yerə uyğun olub-olmadıqlarını apardığımız təhlillərlə müəyyənləşdiririk”.

İspaniyalı mütəxəssis Bakı barədə də xoş fikirlər səsləndirib: “Bakı gəlməzdən əvvəl bura barədə bizi məlumatlandırmışdılar. Azərbaycan çox gözəl ölkə, Bakı müasir şəhərdir. Hələlik çox yeri gəzə bilməmişik. Amma gördüklərimiz bizdə xoş təəssürat yaradıb”.

Qeyd edək ki, ASTA Futbol Akademiyası ilə “Marset” Futbol Akademiyası arasında imzalanan müqaviləyə görə, İspaniya klubu seçilən 50 yeniyetmə oyunçuya baxış keçirəcək və onlardan təxminən 15-20 nəfəri akademiyalarına cəlb edəcək.

Reklam

Reklam


blank
Dünya futbolu2024-05-08 00:56

ÇL-də ilk finalçı bəlli oldu

blank
Dünya futbolu2024-05-08 00:28

“Beşiktaş” finalda

blank
Dünya futbolu2024-05-07 23:19

“Çelsi”dən “Fluminense”yə

blank
Milli komanda2024-05-07 22:55

AFFA Ştefan Kuntsla danışıq aparır? – Rəsmi açıqlama

blank
Digər idman növləri2024-05-07 22:25

“Sabah”dan yarımfinalın ilk oyununda asan qələbə

blank
Digər idman növləri2024-05-07 21:37

Azərbaycan birinciliyinin qalibləri müəyyənləşdi

blank
Müsahibə2024-05-07 19:01

Letiç Baxşıyevlə razı deyil: “Oyun böyükhesablı qələbəmizlə bitməliydi”

blank
Ölkə futbolu2024-05-07 18:48

“Şahdağ Qusar”dan darmadağın

blank
Digər idman növləri2024-05-07 18:33

Çin Olimpiada zamanı müharibələrin dayandırılmasını istəyir

blank
Əvəzedicilər2024-05-07 18:16

“Qəbələ”nin əvəzedicilərindən inamlı qələbə

blank
Dünya futbolu2024-05-07 17:58

“Qarabağ”ın sabiq qapıçısı milli karyerasını başa vurdu

blank
Digər idman növləri2024-05-07 17:39

Azərbaycan gimnastı Dünya Kubokunda iştirak edəcək

blank
Dünya futbolu2024-05-07 17:17

“Mançester Yunayted”dən antirekord

blank
Ölkə futbolu2024-05-07 16:55

Azərbaycan Kubokunun qalibi bəlli oldu

blank
Digər idman növləri2024-05-07 16:35

Bakı qran-prisi üçün marşalların təliminə başlanılıb

blank
Digər idman növləri2024-05-07 16:20

Bərdədə uşu-sanda yarışı

blank
Digər idman növləri2024-05-07 16:02

Məşhur idmançılar moda gecəsində

blank
Digər idman növləri2024-05-07 15:47

Fransanın Olimpiada üçün hazırladığı qoruyucu sistem PUA ilə kondisioneri səhv salır

blank
Ölkə futbolu2024-05-07 15:32

Şakir mövsüm bitən kimi “Sabah”a qayıdacaq

blank
Dünya futbolu2024-05-07 15:15

“Ayaks” son 24 ildə ilk dəfə bu aqibətlə üzləşdi

blank
Digər idman növləri2024-05-07 15:00

Bakıdakı Dünya Kubokunda növbəti medalçılar müəyyənləşdi

blank
Ölkə futbolu2024-05-07 14:42

“Qarabağ”dan 6/6, Sxadadzenin gecikən qələbəsi

blank
Digər2024-05-07 14:31

MEDİA tərəfindən yeni təlim kursu istifadəyə verildi

blank
Milli komanda2024-05-07 14:20

Kunts – AFFA-nın, yoxsa Nəsirovun namizədi?

blank
Milli komanda2024-05-07 14:16

Millimiz İnkişaf Turnirində son oyununda da uduzdu

blank
Digər idman növləri2024-05-07 14:00

“Yarımfinal matçlarında favorit yoxdur”

blank
Dünya futbolu2024-05-07 13:45

İlkay “Barselona”da xoşbəxt deyil

blank
Digər idman növləri2024-05-07 13:31

Nyu York klubu önə keçdi

blank
Digər idman növləri2024-05-07 13:14

Las-Veqasda Formula 1-in ləğvi üçün petisiya

blank
Digər idman növləri2024-05-07 13:00

MBA-da ilin debütantı məlum oldu

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm