Digər idman növləri
Mask-Sükerberq döyüşü: milyarderlər məqşlərə başladı
Süni intellekt üzrə alim Leks Fridmanın rəhbərliyi altında dünyanın ən varlı insanı İlon Mask ilk məşqini keçirib. Fridman həm də ciu-citsu üzrə qara kəmər sahibidir. Öz sosial şəbəkə hesabında alim məşqlərdən şəkilləri yayıb.
“İlon Maskla bir neçə saat ərzində improvizə edilmiş məşqlərimiz oldu. Onun gücünə, əllə və ayaqla işləməyinə heyran qaldım. İlonla Markın əlbəyaxa döyüşlə məşğul olduğunu görmək çox maraqlıdır.
Məncə, oktaqondansa, əsl döyüş sənəti ilə məşğul olsalar, daha yaxşıdır. Ancaq onlar bunu seçiblər. Nəticə hamımız üçün maraqlıdır. İstənilən halda hər ikisinin yanındayam”, – deyə Fridman yazıb.
Xatırladaq ki, UFC-nin sahibi Dana Vaytın sözlərinə görə, hər iki tərəf döyüşün keçirilməsinə razıdır. Onun fikrincə, Mask – Sükerberq döyüşü bütün UFC tarixinin ən çox maraq doğuran qarşılaşması olacaq.
- Ölkə futbolu2024-05-06 10:08
“Dinamo” Mahiri satmaq istəyir, amma…
- Milli komanda2024-05-06 15:32
Millimizin yoldaşlıq oyununda daha bir rəqibi müəyyənləşdi
- Digər idman növləri2024-05-06 17:45
AVF rəhbərliyi Antalyada milli üzvləri ilə görüşdü
- Milli komanda2024-05-06 13:09
Aqolli: “Azərbaycanın rəqib seçilməsi doğru addımdır”