Bizi izləyin

Ölkə futbolu

Maskalı-maskasız Məmmədovun 4-cü qitəsi

blank
blank

Elxan Məmmədov ölkə rəhbərliyinə sifariş verir. İki aydan bir, bəzən hər ay hansısa ölkənin səfiri ilə görüşür, çəkil çəkdirir, tirajladır. Sanki “yuxarılar”a mesaj verir ki, yüksək təyinatlara hazırdı, səfir, hətta nazir ola bilər.

Ölkəmizdəki əcnəbi səfirlərin AFFA binasında tez-tez görünməsinin səbəbi, həmçinin yekunda nəticəsi olmalıdı. Amma bugünədək xoş soraq eşitməmişik. Argentina, Böyük Britaniya və Mərakeşin ölkəmizdəki elçilərini Məmmədovun ayağına getməyə nəyin məcbur etdiyi indiyədək bilinmir. Ümumi dostlar, himayədarları Elxan bəyin reklamı üçün belə görüşləri təşkil edir, fotolar çəkilir, dosyelər hazırlanır, şəxsi işə tikilir. Bütün bunların ictimailəşməsi isə nüfuzu 5 qəpiklik, yarıtmaz, səriştəsiz idarəçi olan AFFA-nın icraçı vitse-prezidentinin zədələnmiş imicinə pərdə çəkməyə hesablanıb.

Məmmədov sıradan biri deyil, idarəolunan kadrdı. İllərdi onu yetişdirirlər ki, sabah hansısa posta oturtsunlar, sonra onun vasitəsi ilə öz bizneslərini inkişaf etdirsinlər – futbolda olduğu kimi… Bu səbəbdən Məmmədovu bəsləyənlər, yekəldənlər onun işgüzar görkəmdə olmasına diqqət yetirir.

Bacarığı varsa, təki irəli getsin, ölkə adına mühüm işlər görsün. Amma Azərbaycanı, azərbaycanlıları sevdiyinə ciddi şübhə etdiyim bu adamın hansısa dairələrin əlaltısı olmasından ehtiyatlanıram. Həm də səriştə baxımından Məmmədov arzulanan kadr deyil. Səfirlərlə görüşür, guya Azərbaycanla həmin ölkələrin futbol sahəsindəki əməkdaşlıqları müzakirə edilir. Lap yaxşı, o zaman sualımız var: nəticə hanı? Argentina səfiri ilə görüşün ili çıxmaq üzrədi, digərləri də həmçinin, bəs, bu görüşlər bizə nə verib? Elxan Məmmədovun fotoarxivini zənginləşdirməkdən başqa heç nə!

Elxan bəy dünən daha bir görüş keçirib. Bu dəfə Bakı Olimpiya Stadionunda Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vada Cüniçi və “Neftçi”nin müqavilə imzaladığı yaponiyalı futbolçu Keysuke Honda ilə görüş reallaşıb. Nə qədər qəribə də olsa, bu məsələlərə dəxli Məmmədovun iştirakı ilə…

Niyə Yaponiya səfirliyində və ya “Neftçi”nin təlim-məşq bazasında, klubun ev oyunlarını keçirdiyi 8-ci kilometr stadionunda yox, məhz BOS-da? Deməli, məqsəd, məram, niyyət başqadı, özünüreklama hesablanıb. Obiri səfirlər kimi tapşırıqla, sifarişlə AFFA-ya getməyi lazım bilməyən Cüniçini bu yolla foto çəkdirməyə razı salıblar. Honda isə uyğunlaşmalı olduğu komandasından, hazırlıqdan kənar saxlanıb, rejimi pozulub. Kimlərsə Keysuke üçün böyük pullar xərcləyib və Elxan bəy yapon ulduzdan şəxsi məqsədləri üçün istifadə edir, növbəti səfirlə görüşünə imkan yaradır.

Ardıcıllığa diqqət edin: Argentina – Amerika, Böyük Britaniya – Avropa, Mərakeş – Afrika, Yaponiya – Asiya. Fərqli ölkələr, fərqli qitələr. Məmmədov ölkə rəhbərliyinə sifariş verir ki, dünyanın dörd bir yerində işləməyə hazırdı, hamısı ilə əlaqə qurmaq imkanları var.

Amma və lakin Elxan bəyə etimad göstərilsə, işlədiyi sahələrdə hansısa faciə yaşanacağına əmin olun. Futbolu 14 ildi məhv etməyə çalışır və arzusuna çatmaq üzrədi. Bu uğursuz kadrın üzündən ölkədə klub sayı ən aşağı həddə düşüb, milli komandaya hətta kifayət qədər namizəd futbolçu tapılmır. Onun fəaliyyətinin gətirdiyi fəsadları sadalamağa gərək yoxdu, az qala hər gün yazılır, deyilir. Bir qeydimizi bölüşək, yadınızda saxlayın: Məmmədovun səbəb olduğu faciələrin izini silmək, futbolda sistemi bərpa etmək üçün gələcəkdə bizə 10-15 il bəs etməyəcək.

Mövhümatçı deyiləm, amma təcrübəmdən irəli gələn bir neçə faktı sadalayım, inandırıcı saymasaz, gülün:

Məmmədov ilk dəfə “Qarabağ”ın “Çelsi” ilə səfər oyununda prosesin içindəymiş kimi göründü, ağdamlılar ən faciəvi məğlubiyyətini aldı. Halbuki ÇL-də Elxan bəyin olmadığı “Atletiko” səfərindən xalla dönmək mümkün oldu, Romada yüksək səviyyəli matç reallaşdı.

Məmmədov Kiprə getdi, “Qarabağ” səviyyəcə üstün olduğu APOEL-i keçə bilmədi. Halbuki bu rəqibin sıradan çıxarılacağı kimsədə şübhə doğurmurdu.

“Qəbələ” Ronaldinyonu Bakıya gətirdi, onun adına məktəb açmaq qərarı verdi. Birdən-birə Məmmədov özünü təqdimat mərasiminə soxdu. Sonradan bəlli oldu ki, kluba yüksək vəzifəli xeyli adam təzyiq edib, onun bu görüşdə iştirakı tələb olunub. Yekunda nə Ronaldinyonu bir də Bakıda görən oldu, nə də akademiya planı reallaşdı.

Ramiz Mirzəyev AFFA prezidenti postuna yenicə təyinat almışdı, Məmmədov tapşırıqla baş katib gəldi. Qısa müddətdən sonra Mirzəyev nəinki vəzifədən getdi, hətta dünyasını dəyişdi.

Elxan bəy bir müddətdi Gənclər və İdman Nazirliyinə gözünü dikib. Elə ovaxtdan Azad Rəhimov yorğan-döşək xəstəsidi.

İnsanın niyyəti bəddi, nəfsini saldısa, orada xeyir-bərəkət ola bilməz. Hondanın “Neftçi”yə yeni səviyyə gətirəcəyinə inananlardan idim, amma daha elə düşünmürəm. Məşqlərdə və ya ilk oyunundan sonra yapon futbolçu zədələnib uzun müddətə sıradan çıxsa, səbəbkarı indidən bilirsiz.

Elxan bəyi Qarabağ tərəfə buraxmaq olmaz. Hansısa süni örtüklü meydançanın açılışına və ya qondarma səfər üçün gedər, ertəsi torpaqlarımız yenidən işğal altına düşər. Aman, diqqət…

Dünən sosial şəbəkədə Elxan Məmmədovun karantin tələblərini pozması, maska taxmaması geniş müzakirə olunub. Bunu edən dostları qınayıram. Çünki Elxan bəyin maskası təbiidi, hansısa əlavə parçaya ehtiyac yoxdu. Əksər məmurlar kimi zamanla onun da maskası cırılacaq, illər ərzində etdiklərinin hesabatı istənəcək. Sadəcə, zamana ehtiyac var…

FƏRİD

Reklam
Şərh et

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Reklam


blank
Dünya futbolu2024-05-17 21:31

Fransa klubunun baş məşqçisi karyerasını başa vurur

blank
Dünya futbolu2024-05-17 21:15

İspaniya millisi İskonu itirdi

blank
Dünya futbolu2024-05-17 21:00

İngiltərə klubunda baş məşqçi ayrılığı

blank
Digər idman növləri2024-05-17 20:46

Azərbaycan yığması Rumıniyaya uduzdu

blank
Premyer-liqa2024-05-17 20:30

“Qarabağ” “Turan Tovuz”a qarşı – YENİLƏNİR

blank
Dünya futbolu2024-05-17 20:29

“Yuventus” Alleqrini istefaya göndərdi

blank
Ölkə futbolu2024-05-17 20:12

Nəcəfin “fotoinkişaf modeli”

blank
Digər idman növləri2024-05-17 20:00

“Bu, gözlədiyimiz nəticə deyil”

blank
Dünya futbolu2024-05-17 19:46

“Liverpul”da daha bir ayrılıq

blank
Digər idman növləri2024-05-17 19:30

Azərbaycan cüdoçuları Avropa Kubokunda iştirak edəcəklər

blank
Ölkə futbolu2024-05-17 19:14

Rövşən Nəcəf avstriyalı baş katiblə görüşüb

blank
Dünya futbolu2024-05-17 19:00

“Çelsi” Estevao üçün tam məbləğ ödəmək istəmir

blank
Digər idman növləri2024-05-17 18:45

AVF Gəncədə toplanış təşkil edib

blank
Ölkə futbolu2024-05-17 18:32

AFFA prezidenti UEFA-nın İcraiyyə Komitəsinin üzvü ilə görüşüb

blank
Dünya futbolu2024-05-17 18:18

Xavi ilə Laporta arasında gərginlik

blank
Dünya futbolu2024-05-17 18:04

“İnter” Bentonu izləyir

blank
Milli komanda2024-05-17 17:46

Millimizin Gürcüstanla yoldaşlıq oyunları ləğv edildi

blank
I Liqa2024-05-17 17:32

“Premyer Liqada büdcəmiz də artacaq və daha yaxşı olacaq”

blank
Dünya futbolu2024-05-17 17:17

“Liverpul” kamerunlu futbolçu ilə yolları ayırır

blank
Digər idman növləri2024-05-17 17:00

Azərbaycanın iki boksçusu Rusiyadakı turnirdə finala yüksəlib

blank
Ölkə futbolu2024-05-17 16:45

“Qarabağ” akademiyasının komandaları Qətərdə toplanış keçəcək

blank
Digər idman növləri2024-05-17 16:31

ABŞ-nin 14 güləş mütəxəssisi Azərbaycanda səfərdədir

blank
Müsahibə2024-05-17 16:14

“Yaxşı təklifi niyə də qəbul etməyim?!”

blank
Digər idman növləri2024-05-17 15:59

Millimiz Özbəkistanda növbəti qələbəsini qazandı

blank
Dünya futbolu2024-05-17 15:47

Van Persi baş məşqçiliyə başladı

blank
Ölkə futbolu2024-05-17 15:40

AFFA prezidenti bir sıra görüşlər keçirib

blank
I Liqa2024-05-17 15:30

I Liqada mükafatlandırma mərasimi keçiriləcək

blank
Dünya futbolu2024-05-17 15:22

Fatih Terim istefa verdi

blank
Digər idman növləri2024-05-17 15:15

“Heydər Əliyev kuboku-2024”: 7 boksçumuz finalda

blank
Dünya futbolu2024-05-17 15:00

Premyer Liqanın ən məyusedici transferləri: Tonali birinci sırada

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm