Dünya futbolu
Mauntla bağlı qərar verilməyib
Əksər İngiltərə klubları “Çelsi”nin qərarını gözləyir. Premyer Liqanın digər nəhəng komandalarının demək olar, hamısı Meyson Mauntu transfer etmək niyyətindədir.
Futbolinfo.az xəbər verir ki, londonlular futbolçu ilə müqaviləni yeniləməsə, cinah hücumçusu transferə çıxarılacaq. Bu zaman onu heyətinə qatmaq istəyənlr real addım atacaq.
“Çelsi” yanvarda Mauntla yeni müqavilə üçün danışıqlara başlamışdı. Lakin klub ardıcıl transferlərdən sonra sanki bu oyunçunu unutdu. 24 yaşlı futbolçu baş məşqçi Qrem Potterin sevimlilərindən deyil, bəlkə də bu üzdən onun yayda satılması gündəmə gəlib.
Meysonun klubla ilyarımlıq müqaviləsi qalıb. “Çelsi” yetirməsini minimum 75 milyon avroya sərbəst buraxmaq niyyətindədir.
- Premyer-liqa2024-04-14 20:55
“Qarabağ” “Sabah”a uduzdu
- Ölkə futbolu2024-04-13 08:35
Leandro Azərbaycan dilini öyrənib: “Qarabağ”da yaşadıqlarım mənim üçün gözəl hekayədir”
- Premyer-liqa2024-04-13 20:52
“Neftçi” “Araz-Naxçıvan”ı darmadağınla yola saldı
- Ölkə futbolu2024-04-14 08:00
“Turan Tovuz” avrokubok mübarizəsinə qayıtdı