Digər idman növləri
MBA-da gecənin nəticələri
MBA-da bu gecə keçirilən oyunlar arasında “İndiana Peysers” – “Çikaqo Bulls” qarşılaşmasını qeyd etmək olar. Oyunun əsas vaxtında qalib müəyyənləşmədiyindən komandalar overtaymda mübarizəni davam etdirib. Qonaqlar 132:129 hesabı ilə qalib gəlib. Demar Derozan oyunu 46 xal və 9 ribaundla tamamlayıb.
Detroytdakı oyun da xüsusi qeyd edilməlidir. Pley-of şansını itirən ilk komanda kimi “Pistons” nəticələrini xeyli yaxşılaşdırıb. Bu dəfə evdə “Toronto Reptors” məğlub edilib. Düren oyunda dabl dabl-dabl edib. Onun aktivində 24 xal və 23 ribaund var.
Dallasda “Qolden Steyt Vorriors” növbəti məğlubiyyəti ilə üzləşib – 99:109. Luka Donçiç 21, İrvinq isə 23 xal toplayıb.
“Sakramento Kinqs” isə doğma arenada “Los-Anceles Leykers” üzərində qələbə qazanıb. Domantas Sabonis növbəti tripl-dablı ilə yadda qalıb. Litvalı basketbolçunun aktivində 17 xal, 19 ribaund və 10 asist var.
- Ölkə futbolu2024-04-13 08:35
Leandro Azərbaycan dilini öyrənib: “Qarabağ”da yaşadıqlarım mənim üçün gözəl hekayədir”
- Premyer-liqa2024-04-13 20:52
“Neftçi” “Araz-Naxçıvan”ı darmadağınla yola saldı
- Milli komanda2024-04-12 18:00
Millinin Gürcüstanla oyunlar üçün heyəti açıqlandı
- Premyer-liqa2024-04-12 20:56
“Sumqayıt”la “Zirə”dən heç-heçə