Digər idman növləri
MBA-da lider dəyişdi
MBA-da dünən keçirilən görüşlərdən sonra lider dəyişib. Çempionatda turnir cədvəlinə başçılıq edən Minnesota komandası “Filadelfiya Siksers”ə məğlub olub. Keçən mövsüm MVP seçilən Coel Embiid oyunda 51 xal toplayıb.
Fürsətdən istifadə edən “Boston Seltiks” liderliyi ələ alıb. Massaçusets təmsilçisi səfərdə “Sakamento Kinqs”i 144:119 hesabı ilə məğlubiyyətə uğradıb.
Son oyunlarda qələbələri sıralayan “Los-Anceles Klippers” turnir cədvəlində mövqeyini bir qədər də yaxşılaşdırıb. Luka Donçiçin tripl-dabl etməsinə baxmayaraq onlar “Dallas Maveriks” üzərində qələbə qazanmağı bacarıblar. Digər oyunda “Çikaqo Buls” Los-Ancelesin o biri komandasından üstün olub.
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Premyer-liqa2024-04-20 20:55
“Zirə” “Neftçi”yə qalib gəldi
- Ölkə futbolu2024-04-21 08:00
Andersonun dediyi kimi…