Müsahibə
Medina Türkiyəyə gedirmi? – özü açıqladı
“Qarabağ”dan ayrılıb Türkiyə Super Liqası təmsilçisi “Çaykur Rizəspor”a keçəcəyi ilə bağlı xəbərlər dolaşan Kevin Medinanın futbolinfo.az saytına müsahibəsi
– Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinin cavab matçında “Linkoln”a 4:0 hesabı ilə qalib gəldiyiniz qarşılaşma haqqında nə deyə bilərsən? Meydana niyə çıxmamışdın?
– Komandamız yaxşı oyun göstərdi. Kompakt futbol oynadıq və qələbə qazandıq. Bu gün meydanda yox idim. Amma hər futbolçu oynamaq istəyir.
– Səncə, Qurban Qurbanov niyə şans verməmişdi?
– Sırf məşqçi qərarıdır. İlk oyunda mən meydana çıxmışdım. Bu dəfə isə mövqeyimdə oynayan digər futbolçular şans qazandı. Bu, normaldır. Geniş heyətə sahibik və hər kəs də hər an meydanda olmağa hazırdır.
– Ən çox müzakirə olunan məsələ “Qarabağ”da qalıb-qalmayacağındır. Son vəziyyət necədir? “Çaykur Rizəspor”a keçidin hansı mərhələdədir?
– Hər şey yazılır, danışılır, deyilir. Amma məsələ belədir ki, öz qərarımı kluba bildirmişəm. Onlar hansı düşüncədə olduğumdan xəbərdardılar. Qarşıdakı günlərdə necə olacağını görəcəyik. Hadisələrin gedişatından asılı olaraq məlumatlar veriləcək.
– Kluba bildirdiyin qərar necədir?
– Belə şeylər adətən klub daxilində müzakirə olunur, orda həll edilir. Yəni gizli olaraq da qalmalıdır. Əgər mümkün olsaydı, sizə məlumat verərdim. Amma gözləmək lazımdır.
FƏRİD
- Premyer-liqa2024-05-04 21:21
“Neftçi” “Qarabağ”a böyük hesabla uduzdu
- Milli komanda2024-05-04 15:39
Millimiz UEFA İnkişaf Turnirində ikinci oyununda da uduzdu
- Premyer-liqa2024-05-04 18:59
Samir Abasov: “Bu, “Qarabağ”la matçdakı yorğunluqdan irəli gələ bilər” – VİDEO
- Ölkə futbolu2024-05-04 10:19
“Araz-Naxçıvan”ın baş məşqçisi: “Rəqib tapmaq çətinləşir”