Digər idman növləri
“Mersedes”in rəhbəri qarşıdakı yarışdan ümidlidir
Şpilberqdəki yarışdan əvvəl “Mercedes” komandasının rəhbəri Toto Volf geridə qalan Kanada qran-prisi haqqında danışaraq qarşıdakı mərhələyə də toxunub.
“Kanadada kifayət qədər pozitiv məqamlar oldu. İki maşınla finiş görməsək də, podiumun olması yaxşı haldır. Hazırladığımız yeniliklər ümidlərimizi artırır.
Avstriya qran-prisi hər zaman mənim üçün önəm daşıyıb. Çünki bu, mənim doğma vətənimdir. Bu trasla bağlı xoş xatirələrim var. Bundan başqa şənbə sprintinin olması da mərhələni maraqlı etməlidir. Mövsümdə ikinci dəfə bizi belə bir qran-pri gözləyir. Bu baxımdan boş vaxtımız və sazlanmalar üzərində çox işləməyə imkanımız olmayacaq.
Şpilberqin kiçik trassı kağız üzərində asan görünə bilər. Uzun düzlüklər yavaş və sürətli döngələrlə əhatə edilib. Lakin dövrəni səhvsiz keçmək asan deyil. Son iki yarışda əldə etdiyimiz tərəqqinin davamlı olmasına çalışacağıq. Avstriyada maşınımız Kanada ilə müqayisədə daha sürətli olmalıdır. Lakin bunu yarış zamanı nümayiş etdirmək lazımdır. Əlimizdən gələni etməyə çalışacağıq”, – deyə “Mercedes”in səhmdarlarından biri bildirib.
- Ölkə futbolu2024-05-06 10:08
“Dinamo” Mahiri satmaq istəyir, amma…
- Milli komanda2024-05-06 15:32
Millimizin yoldaşlıq oyununda daha bir rəqibi müəyyənləşdi
- Milli komanda2024-05-06 13:09
Aqolli: “Azərbaycanın rəqib seçilməsi doğru addımdır”
- Digər idman növləri2024-05-06 17:45
AVF rəhbərliyi Antalyada milli üzvləri ilə görüşdü