Digər idman növləri
MHL-də məvaciblər qalxdı
Milli Hokkey Liqası və hokkeyçilərin həmkarlar ittifaqı gələn mövsümdə məvacib limitinin 83,5 milyon dollara qaldırılması ilə bağlı razılığa gəlib. Bu barədə TSN məlumat verib.
Mənbənin xəbərinə görə, tərəflərin əvvəlki danışıqlarında məbləğ daha yüksək olub. Lakin liqa bunun baş tutmasına qarşı çıxış edib. Davam edən müzakirələr nəticəsində ümumi məvacib bazasının 1 milyon dollar qaldırılmasında kompromis əldə edilib.
Xatırladaq ki, keçən il məvacib limiti 82,5 milyon dollara bərabər idi. Minimum limit isə 61,5 milyona təşkil etməliydi. Buna qədər maksimal limit pandemiyaya görə 3 il idi ki, dəyişdirilmirdi.
Xatırladaq ki, MHL-də başa çatan mövsümdə çempion Veqas komandası olub.