Bizi izləyin

Müsahibə

Mikels üçün yığma seçimi: “Ürəyim həmişə Konqo ilə olub, amma…”

blank
blank

“Sabah”ın almaniyalı futbolçusu Coy-Lens Mikelsin futbolinfo.az saytına müsahibəsi

– Premyer Liqanın 11-ci turunda prinsipial rəqiblərinizdən biri olan “Neftçi”ni məğlub etdiniz. Oyunu necə dəyərləndirərdiniz?

– Bu oyunu digər matçlarımızla müqayisədə xüsusi fərqləndirməzdim. Çünki bizim üçün hər rəqiblə görüş vacibdir. Bütün matçlar çətin keçir. Bu oyun da istisna olmadı. Güclü rəqibə onun stadionunda qalib gəlmək çox xoşdur.

– Hesab artıq 3:0 olanda hamı fərqin daha da artacağını düşünürdü, çünki rəqib də sonradan azlıqda qaldı. “Neftçi” 10 nəfərlə qaldıqdan sonra çətinlik çəkməyiniz arxayınlıqla bağlı idi, yoxsa başqa amili səbəb kimi göstərmək olar?

– Həmin anlarda nə baş verdiyini mən də anlamaqda çətinlik çəkirəm. Ola bilsin ki, oyuna konsentrasiyanı itirdik. Lakin bu, futboldur. Futbolda belə hallar yaşanır. İnanıram ki, gələcəkdə təkrarlanmayacaq.

– “Neftçi”ni artıq 6 xal qabaqlayırsınız. Əsas rəqiblərdən birini sıradan çıxardığınızı düşünmək olar?

– Hələ çempionatın əvvəlindəyik. Bu barədə fikir bildirmək üçün tezdir. Ancaq onu deməliyəm ki, yaxşı komandamız var, baxımlı futbol sərgiləyirik. Ötən mövsümdən bu komandanın çox şeyə qadir olduğunu, lakin hələ yolun əvvəlində olduğumuzu deyirdim.

– “Sabah”ın futbolçuları “çempionluq” ifadəsi işlətməsə də, futbol ictimaiyyəti “Qarabağ”a əsas rəqib qismində məhz sizi görür. Ümumiyyətlə, komandanızın potensialı nəyə çatır?

– Bu barədə danışmaq üçün tezdir. Futbol ictimaiyyətinin bizim barəmizdə yüksək fikirdə olması xoşdur. Lakin hansısa komandanın əsas rəqibi olmaq üçün gərək əvvəlcə ona qalib gələsən. Nəyə qadir olduğumuzu mövsümün sonunda görəcəyik.

– Bu mövsüm “Sabah”ın hücum xəttində kifayət qədər ciddi rəqabət var. Hazırkı hücum xəttini ötən mövsümdəkindən güclü saymaq olar?

– Bu suala cavab verməkdə çətinlik çəkirəm. Keçən il irəli xətdə texnikalı futbolçulara sahib idik. İndi isə daha çox komanda şəklində oynayırıq. Belə deyim: hazırkı heyətdə olan futbolçular bir-birlərini tamamlayırlar.

– 7 qolla bombardirlər sırasında 3-cü pillədəsiniz. Bir hücumçu kimi mövsümü bombardir qismində bitirmək istərdiniz? Ümumiyyətlə, Ramil Şeydayev və Musa Qurbanlı ilə mübarizədə şansınızı necə görürsünüz?

– Hamı məni hücumçu kimi qeyd edir. Lakin unutmaq olmaz ki, hücumçu deyiləm. Vurduğum hər qol məni çox sevindirir. Ancaq nəzərə almalıyıq ki, bu, mənim əsas işim deyil. Dediyim kimi, qollar vurmaq məni çox sevindirir. Bunu sevirəm və inanıram ki, öz komandama qollarla və assistlərlə kömək olmağa davam edəcəyəm. Mövsümün sonunda hesabımda neçə qol olacaq – görəcəyik. Bombardir olmaq? Mən penalti vurmuram, bəlkə o halda şansım daha çox olardı (gülür).

– Artıq bir ildən çoxdur Azərbaycandasınız. İstər futbolumuz, istərsə də ölkəmiz barədə nələr xüsusi diqqətinizi çəkib?

– Çox şey sadalaya bilərəm. Mən bu ölkədə rahatlıq tapdım. Azərbaycanda özümü çox xoşbəxt hiss edirəm.

– Sizi burada yaxşı və pis mənada ən çox nə təəccübləndirib?

– Mənfi mənada ancaq nəqliyyatı qeyd edərdim. Düzünü deyim, məncə, buradakı sürücülərin çoxu bu cür idarəçiliklə Avropada öz sürücülük vəsiqələrini itirərdilər (gülür).

– Azərbaycanda ən çox hansı müdafiəçiyə qarşı oynamaq sizə çətin olub?

– Çətin sualdır. Mənə qarşı fərdi oynayanda çətinlik çəkirdim. Lakin bu çətinliyi artıq geridə qoymuşam. Belə deyək, artıq tam uyğunlaşmışam.

– Vətəndaşı olduğunuz Almaniyanın dünya çempionatındakı şansını necə dəyərləndirirsiniz?

– Məncə, şanslar o qədər də yüksək deyil. Lakin ən yaxşısına ümid edirəm. Onu da deyim ki, mən Fransa millisinin böyük tərəfdarıyam.

– Əslən konqolusunuz. Necə düşünürsünüz, “Sabah”dakı uğurlu çıxışınızı davam etdirsəniz, bu ölkənin yığmasına çağırılmaq şansınız yaranarmı?

– Görək, dəqiq nəsə demək mümkün deyil. Əlbəttə, doğma ölkəmin – Konqonun millisində çıxış etmək istəyərdim. Öz üzərimdə çalışmağa davam edəcəyəm.

– Ümumiyyətlə, seçim etməli olsanız, Almaniya, yoxsa Konqo yığmasında oynamaq istərdiniz?

– Almaniyada doğulub böyümüşəm, lakin ürəyim həmişə Konqo ilə olub. Çətin seçim olardı. Amma məncə, Konqodan öncə Almaniyaya üstünlük verərdim.

CAVAD

Reklam

Reklam


blank
Milli komanda2024-04-12 14:02

“Belə matçlarda nəticə önəmli olmur”

blank
Milli komanda2024-04-12 13:33

“Komandanın fiziki hazırlığından razı deyiləm” – Borisov

blank
Milli komanda2024-04-12 13:04

Millimiz Olimpiya Təsnifat turnirinə qələbə ilə başladı

blank
Digər idman növləri2024-04-12 12:46

Ev sahibləri üçün uğursuz gün

blank
Dünya futbolu2024-04-12 12:30

“Mançester Siti”nin ulduzu Modriçin forması üçün getdi

blank
Digər idman növləri2024-04-12 12:12

Tennisçi Monakoda qarət edildi

blank
Digər idman növləri2024-04-12 11:55

Millimiz Olimpiya Təsnifat turnirində ilk oyununa çıxır

blank
Dünya futbolu2024-04-12 11:38

“Liverpul” 14 ay sonra doğma meydanda uduzdu

blank
Müsahibə2024-04-12 11:19

Həsənzadənin 3 namizədi var: “Bu məsələ şəxsi oyunlarda həllini tapacaq”

blank
Digər2024-04-12 11:00

MİSLİ ilə qazan!

blank
Digər idman növləri2024-04-12 10:46

Cüdoçularımız Olimpiya təlim-məşq toplanışında iştirak ediblər

blank
Digər idman növləri2024-04-12 10:32

Azərbaycanın gənc gimnastları üçün Slovakiya sınağı

blank
Digər idman növləri2024-04-12 10:18

Həmiltonun əvəzi tapılıb?

blank
Digər idman növləri2024-04-12 10:01

Azərbaycanın 3 bədii gimnastı beynəlxalq turnirdə iştirak edəcək

blank
Dünya futbolu2024-04-12 09:46

Həftənin ən yaxşısı adına namizədlər

blank
Digər idman növləri2024-04-12 09:29

Nicat Abasov yenə qələbə qazana bilmədi

blank
Premyer-liqa2024-04-12 09:10

“Sumqayıt” “Zirə”yə qarşı

blank
Digər idman növləri2024-04-12 08:52

Alonso müqaviləni 2026-cı ilə qədər artırdı

blank
Dünya futbolu2024-04-12 08:34

Anası razılığa gəlmədi, Fransa millisinin üzvü “Yuventus”dan gedir

blank
Digər idman növləri2024-04-12 08:17

Monte-Karloda ¼ finalçılar məlum oldu

blank
Ölkə futbolu2024-04-12 08:00

Mikayıl Cabbarovun kadrları azərbaycanlılara qarşı

blank
Premyer-liqa2024-04-12 01:39

“Sumqayıt” – “Zirə” matçının təyinatları açıqlandı

blank
Digər idman növləri2024-04-12 01:33

Azərbaycan çempionatına start verilib

blank
Digər idman növləri2024-04-12 01:32

Azərbaycan badmintonçusu AÇ-nin 1/4 finalında

blank
Digər idman növləri2024-04-12 01:29

“Xırdalan” qalib gəldi, dördüncü pilləyə yüksəldi

blank
Dünya futbolu2024-04-12 01:20

“Fənərbaxça” yunanlara ilk oyunda məğlub oldu

blank
Ölkə futbolu2024-04-12 01:10

Avroliqa: “Liverpul”la “Milan” evdə uduzdu

blank
Digər idman növləri2024-04-12 00:29

“Anadolu Efes” növbəti mərhələdə

blank
Dünya futbolu2024-04-11 23:58

“Fənərbağça”ya texniki məğlubiyyət verildi

blank
Digər idman növləri2024-04-11 23:41

İki boksçumuz Avropa birinciliyinin yarımfinalında

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm