Dünya futbolu
“Milan” Diası saxlamaq istəyir
“Milan” Braim Diasla bağlı fikrini dəyişib. İspan hücumçunu yayda yola salmağı düşünən “rossonyerlər” indi onun qalması üçün çalışır.
Futbolinfo.az xəbər verir ki, bu gün futbolçunun meneceri Edvard Krnyar İtaliyaya yollanıb. O, müştərisinin taleyinə aydınlıq gətirmək, A Seriyasının son qalibinin istəyini öyrənməyə çalışıb.
“Milan” son vaxtlar əla oyun sərgiləyən hücumçunun transferini həll etmək istəyir. Hazırda icarədə olan oyunçunu heyətində saxlamaq üçün Braimə görə tələb olunan 22 milyon avronu ödəmək lazımdır. Klub rəhbərliyi də elə bunu müzakirə etmək niyyətindədir.
23 yaşlı Mərakeş əsilli ispaniyalı 2025-ci ilə kimi “Real”a məxsusdur. Madridlilər onu 2021-ci ilin yayında İtaliya klubuna icarəyə verib və mövsümün sonunda anlaşma bitir.
- Ölkə futbolu2024-04-11 10:32
AFFA-nın gülməli seçimi: Uğursuz klub rəhbəri Hakimlər Komitəsinə sədr olacaq?
- Ölkə futbolu2024-04-11 14:10
AFFA-da növbəti təyinatlar olacaq: yeni baş katib və PFL prezidenti
- Ölkə futbolu2024-04-12 08:00
Mikayıl Cabbarovun kadrları azərbaycanlılara qarşı
- Ölkə futbolu2024-04-11 13:34
Lunyov “Qarabağ”ın uğurunun sirrini açdı: məşqçilər, həkimlər və…