Dünya futbolu
“Milan” qapıçı problemini həll etdi
“Milan” yayda qapıçı problemini birdəfəlik həll edəcək. Artıq Marko Sportiellonun “rossonyerlər”ə qoşulması üçün problem qalmayıb.
Futbolinfo.az xəbər verir ki, son İtaliya çempionu 30 yaşlı italiyalı qolkiperlə bütün mövzularda razılığa gəlib. Mövsüm bitən kimi “Atalanta”dan ayrıaln əlcək sahibi “Milan”a azad agent kimi qoşulacaq.
“Milan” Mayk Menyanın zədəsi üzündən bu mövsüm çox sıxıntı çəkdi. Kiprian Tatarşanu onu layiqincə əvəz edə bilmədi. Bu üzdən Sportiello Menyanın əsas əvəzedicisi kimi transfer ediləcək.