Dünya futbolu
“Milan” rəhbərliyinin Londonda gizli görüşü
“Milan” rəhbərliyi Londonda olarkən yay transferləri üçün gizli görüş keçirib. “Tottenhem”lə Çempionlar Liqası matçından sonra “rossonyerlər” gələn mövsüm heyətə qatacaqları bir futbolçu ilə görüşüb.
Futbolinfo.az İtaliya mətbuatına istinadla xəbər verir ki, “Milan” idarəçiləri – Paolo Maldini və Frederik Massara “Çelsi”nin yarımmüdafiəçisi Mateo Kovaçiç və onun təmsilçiləri ilə bir araya gəlib. Yayda London klubundan ayrılacağı şübhə doğurmayan xorvatla mümkün keçidin detalları müzakirə olunub.
28 yaşlı futbolçu “zadəganlar”dan ayrılacağını bildirib və öz xidmətini təklif edib. A Seriyasının son qalibi mövsüm bitdikdən sonra “Çelsi”yə təklif göndəriləcəyini vəd edib.
- Ölkə futbolu2024-04-11 10:32
AFFA-nın gülməli seçimi: Uğursuz klub rəhbəri Hakimlər Komitəsinə sədr olacaq?
- Ölkə futbolu2024-04-11 14:10
AFFA-da növbəti təyinatlar olacaq: yeni baş katib və PFL prezidenti
- Ölkə futbolu2024-04-12 08:00
Mikayıl Cabbarovun kadrları azərbaycanlılara qarşı
- Ölkə futbolu2024-04-11 13:34
Lunyov “Qarabağ”ın uğurunun sirrini açdı: məşqçilər, həkimlər və…