AÇ-2024
“Millidən çox klub komandasına bənzəyirik” – Luis Enrike
İspaniya milli komandasının baş məşqçisi Luis Enrike AÇ-2020-nin yarımfinal mərhələsində İtaliyaya qarşı keçirəcəkləri oyundan əvvəl fikirlərini bildirib.
Futbolinfo.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, ispan məşqçi matçla bağlı bunları deyib:
“Fərdi oyunçuların komandadan daha vacib olduğuna inanaraq, böyük uğur əldə etmək mümkün deyil. Biz millidən çox klub komandasına bənzəyirik. İnanıram ki, İspaniya millisinin oyunçuları öz səviyyələrini göstərərlər.
Bu andan zövq almalıyıq. Yüngül məşq keçirdik. Məşqdə futbolçuların özlərini necə rahat hiss etdiklərini görə bilərsiz. Əylənməyə çalışmalıyıq.
Düşünürəm ki, hər iki komandanın ehtiyatlı davranacağı oyun olacaq. Bu dueldə kimin qalib gələcəyini görmək maraqlıdır. İtaliyanın bir çox möhtəşəm futbolçuları var və ən əsası, yaxşı komandadırlar. Bir çox cəhətdən güclüdürlər. Hər iki komandanın qələbə şansı var”.
Bu gün keçiriləcək İtaliya – İspaniya matçı saat 23:00-da start götürəcək.
- Ölkə futbolu2024-04-11 10:32
AFFA-nın gülməli seçimi: Uğursuz klub rəhbəri Hakimlər Komitəsinə sədr olacaq?
- Müsahibə2024-04-10 11:44
Subaşiç “Neftçi” və “Qəbələ”yə görə məyusdur: “Rəhbərlik heyət və məşqçi ilə bağlı qərar verməlidir”
- Ölkə futbolu2024-04-11 14:10
AFFA-da növbəti təyinatlar olacaq: yeni baş katib və PFL prezidenti
- Ölkə futbolu2024-04-11 13:34
Lunyov “Qarabağ”ın uğurunun sirrini açdı: məşqçilər, həkimlər və…