Milli komanda
Millimiz FİFA reytinqində irəlilədi
FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.
Futbolinfo.az xəbər verir ki, ötən dəfə açıqlanan siyahı ilə müqayisədə Azərbaycan milli komandası iki pillə irəliləyib. Yığma komanda 1179 xalla 112-ci sırada qərarlaşıb.
Azərbaycan millisinin UEFA Millətlər Liqasındakı rəqiblərindən olan Kipr seçməsi 1236 xalla 98-ci pilləyə geriləyib. Əvəzində 1237 xalı olan Lüksemburq 97-ci sıraya yüksəlib. Monteneqro isə (1376 xal) bir pillə irəliləyərək 63-cü yerdə qərarlaşıb.
Reytinq siyahısının ilk üç pilləsində Belçika (1773), Fransa (1744) və Braziliya (1712) qərarlaşıb. 1485 xalı olan Türkiyə millisi isə üç pillə geriləyərək 32-ci yerə düşüb.
- Ölkə futbolu2024-04-19 21:00
“Sumqayıt” avrokubok iddiasını davam etdirir
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-21 08:00
Andersonun dediyi kimi…