Milli komanda
Millimiz “Qaradağ Lökbatan”la heç-heçəyə razılaşdı
Bakıda təlim-məşq toplanışında olan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlıq çərçivəsində növbəti yoxlama oyununu keçirib.
Futbolinfo.az xəbər verir ki, Birinci Divizion təmsilçisi “Qaradağ Lökbatan”la qarşılaşma 3:3 hesabı ilə başa çatıb.
U-21-in qollarını Veysəl Rzayev, Vüsal Əsgərov və Ədilxan Qarəhmədov vurub.
Xatırladaq ki, U-21 əvvəlki yoxlama oyunlarında “Qarabağ”a 4:2 hesabıyla qalib gəlsə də, “Neftçi”yə 1:3 hesabıyla uduzmuşdu.
Millimiz sonuncu yoxlama oyununu martın 29-da Premyer Liqa təmsilçisi “Qəbələ”yə qarşı keçirəcək.
- Ölkə futbolu2024-05-10 08:00
“Yurqorden” Musa Qurbanlıya qiymət qoydu – 10 milyon kron
- Dünya futbolu2024-05-10 16:37
AÇ-2024-ün rəsmi mahnısı təqdim edildi – VİDEO
- Ölkə futbolu2024-05-10 09:21
“Əks təqdirdə fanatlar Şeydayevi qəbul etməyəcək”
- Ölkə futbolu2024-05-10 16:20
Kadinin meneceri: “Hələlik “Qarabağ”la danışmamışıq”