Milli komanda
Millimizin hücumçusu Türkiyə klubundan ayrıldı
Azərbaycanın U-21 millisinin hücumçusu Mustafa Yıldırım klubsuz qalıb.
Futbolinfo.az xəbər verir ki, türkiyəli hücumçu “İstanbulspor”dan ayrılıb. 20 yaşlı futbolçu klubdan ayrılması barədə sosial şəbəkədə paylaşım edərək, bunları yazıb:
“İstanbulspor”la olan sözləşməmə qarşılıqlı razılıq əsasında xitam verildi. Bu günə qədər mənə etdikləri hər şey üçün kluba təşəkkür edirəm”.
Əsas komandada oynamaq şansı qazanmayan forvardın bundan sonra hansı komandada çıxış edəcəyi məlum deyil.
“Alanyaspor”un yetirməsi olan Mustafa “İstanbulspor”la müqavilə imzalasa da, “Pazarspor”da icarə əsasında çıxış edib.
Mustafa Yıldırım Azərbaycanın U-19 millisində də oynayıb.
- Ölkə futbolu2024-04-19 21:00
“Sumqayıt” avrokubok iddiasını davam etdirir
- Premyer-liqa2024-04-19 18:26
“Turan Tovuz” “Sumqayıt”a böyük hesabla məğlub oldu
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq