Milli komanda
Millimizin ilklərlə dolu tarixi qələbəsi
Futzal üzrə Azərbaycan milli komandası indiyə qədər Rusiya yığmasını məğlub edə bilməmişdi.
Futbolinfo.az Azərbaycan Futzal Federasiyasının saytına istinadən xəbər verir ki, yanvarın 30-da DÇ-2020-nin elit-raud mərhələsi çərçivəsində “Qradsk Arena”da keçirilən matçın nəticəsi bir ilki tarixin səhifəsinə həkk etdi.
4:3 hesablı qələbə həm də bu komanda ilə duellərdəki uğursuzluğa son qoydu.
Dünya futzalının liderlərindən olan Rusiya ilə indiyədək 8 qarşılaşma baş tutub. Azərbaycan millisinin ən böyük uğuru heç-heçə olub. 7 dəfə uduzan yığma dəfələrlə böyük hesabla darmadağına üzülüb. Bu dəfə isə Joze Alesionun yetirmələri tarixdə ilk dəfə belə güclü rəqibə qalib gəlib.
Əvvəlki 8 oyundan ikisi yoxlama oyunu, ikisi beynəlxalq turnirdə olubsa, 4 görüş rəsmi xarakterli böyük yarışların seçmə, final və pley-offuna təsadüf edib.
Bir ilki də qeyd etmək yerinə düşərdi. Rafael Vilela millinin heyətində rəsmi oyunlarda qol hesabını açdı. Belə ki, hücumçu Rusiya millisinin qapısına ilk qolu vurmaqla buna nail oldu. Vilela 2017-ci ildə iranda təşkil edilən beynəlxalq turnirdə yığmamızın formasını geyinib. O, Rusiya, İran və Qazaxıstanla oyunların hamısında fərqlənmişdi.
- Ölkə futbolu2024-04-19 21:00
“Sumqayıt” avrokubok iddiasını davam etdirir
- Premyer-liqa2024-04-19 18:26
“Turan Tovuz” “Sumqayıt”a böyük hesabla məğlub oldu
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq