Dünya futbolu
Millimizin rəqibində yeni məşqçi
Futbol üzrə İrlandiya yığmasında yeni məşqçi təyinatı gerçəkləşib.
Futbolinfo.az xəbər verir ki, İngiltərənin “Çelsi” klubunun məşqçisi Entoni Berri İrlandiya yığmasının baş məşqçisi Stiven Kenninin köməkçisi təyin olunub.
Bu barədə İrlandiya Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb. Xəbərdə bildirilib ki, Entoni hər iki komandada çalışacaq. O, yığmanın düşərgəsinə seçmə mərhələ oyunları ərəfəsində qoşulacaq.
Qeyd edək ki, İrlandiya yığması DÇ-2022-nin seçmə mərhələsində Azərbaycan millisinin rəqiblərindəndir.
Millimiz A qrupunda İrlandiyadan başqa Portuqaliya, Serbiya və Lüksemburqla da mübarizə aparacaq. İrlandiya ilə ilk görüş sentyabrın 4-də səfərdə, ikinci matç isə oktyabrın 9-da Bakıda baş tutacaq.
- Ölkə futbolu2024-04-19 21:00
“Sumqayıt” avrokubok iddiasını davam etdirir
- Premyer-liqa2024-04-19 18:26
“Turan Tovuz” “Sumqayıt”a böyük hesabla məğlub oldu
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq