Milli komanda
Millimizin sabiq məşqçisi İngiltərə klubunun baş məşqçisi olur
Azərbaycan millisinin sabiq məşqçisi Benito Karbone baş məşqçi kimi fəaliyyət göstərə bilər. Futbolinfo.az saytı xəbər verir ki, italiyalı mütəxəssis vaxtilə formasını geyindiyi “Şeffild Uenzdey”in “sükanı arxasına” keçməyə yaxındır.
Ölkəmizdə hazırkı çalışdırıcı Canni de Byazinin köməkçilərindən olmuş 51 yaşlı məşqçi İngiltərə klubunun rəhbəri ilə danışıq aparıb. Bu komanda Çempionşipə yüksəlməsinə baxmayaraq, rəhbərliklə yaranmış fikir ayrılığı baş məşqçi Darren Murun istefasına səbəb olub.
1996-1999-cu illərdə “Şeffild Uenzdey”də futbolçu kimi çıxış etmiş Karbonenin tezliklə baş məşqçi qismində təyinatı gözlənilir.
Qeyd edək ki, Benito Karbone 2020-2022-ci illərdə Azərbaycan yığmasının məşqçisi vəzifəsində çalışıb.
- Milli komanda2024-05-06 15:32
Millimizin yoldaşlıq oyununda daha bir rəqibi müəyyənləşdi
- Milli komanda2024-05-06 13:09
Aqolli: “Azərbaycanın rəqib seçilməsi doğru addımdır”
- Digər idman növləri2024-05-06 17:45
AVF rəhbərliyi Antalyada milli üzvləri ilə görüşdü
- Ölkə futbolu2024-05-06 13:45
Qapıçının ilk qol ötürməsi