Dünya futbolu
Millimizin üzvü “Birmingem”ə keçməkdən imtina etdi
İngiltərənin “Vulverhempton” klubunun şərəfini qoruyan Azərbaycan millisinin futbolçusu Renat Dadaşov “Birmingem”ə transfer olunmaqdan imtina edib.
Futbolinfo.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, klublar arasında futbolçunun icarəsi üçün razılıq əldə olunsa da, Renat bu keçiddən imtina edib.
Keçən mövsümün yayında “Vulverhempton”la müqavilə bağlayan 21 yaşlı futbolçu, mövsümün ilk hissəsini Portuqaliyanın “Pasuş de Ferreyra” klubunda keçirib. “Vulverhempton”un əsas heyətində meydana çıxmaq şansı qazanmayan hücumçu, klubun U-23 komandasının heyətində iştirak edir. O, “Liverpul”un eyni yaş üzrə komandası ilə görüşdə meydana çıxıb və 2:2 hesabı ilə başa çatan oyunda komandasının ikinci qolunun müəllifi olub.
- Ölkə futbolu2024-04-11 10:32
AFFA-nın gülməli seçimi: Uğursuz klub rəhbəri Hakimlər Komitəsinə sədr olacaq?
- Ölkə futbolu2024-04-11 14:10
AFFA-da növbəti təyinatlar olacaq: yeni baş katib və PFL prezidenti
- Ölkə futbolu2024-04-11 13:34
Lunyov “Qarabağ”ın uğurunun sirrini açdı: məşqçilər, həkimlər və…
- Ölkə futbolu2024-04-12 08:00
Mikayıl Cabbarovun kadrları azərbaycanlılara qarşı