Digər idman növləri
Millimizin yeni baş məşqçisi Azərbaycan dilini öyrənəcək
“Məqsədimiz millidə ən yaxşı nəticələri göstərməkdir”. Futbolinfo.az xəbər verir ki, bunu cüdo üzrə kişilərdən ibarət Azərbaycan millisinin yeni baş məşqçisi Riçard Trautman deyib.
53 yaşlı almaniyalı mütəxəssis etimada görə Azərbaycan Cüdo Federasiyasına minnətdar olduğunu bildirib:
“Bu, mənim üçün böyük şərəfdir. Hər kəsi Paris-2024-də qələbə naminə bir araya gətirməliyik. Gənclər arasında istedadlıları üzə çıxararaq, onları yetişdirmək çox vacibdir.
Məqsədim bu prosesi fərdiləşdirməkdir. Ona görə də hər bir idmançıya fərdi yanaşma tətbiq edəcəyik. Hər kəsi mümkün qədər yaxşı hazırlaşdırmağa çalışacağıq.
Hər kəslə işləməkdən çox məmnun olaram. Məqsədlərimizdən biri də azərbaycanca öyrənməkdir ki, sadə danışıqlarda tətbiq edə bilək”.
Yığmanın performans direktoru Mark van der Ham məqsədlərinin milli komandanın səviyyəsini qaldırmaq olduğunu diqqədə çatdırıb.
44 yaşlı niderlandlı mütəxəssis idmançıların yüksək performans səviyyəsini müəyyənləşdirmək istədiklərini və 2024-cü il Paris Yay Oyunlarında yaxşı nəticələr qazanmağa çalışacaqlarını söyləyib.
- Ölkə futbolu2024-04-11 10:32
AFFA-nın gülməli seçimi: Uğursuz klub rəhbəri Hakimlər Komitəsinə sədr olacaq?
- Ölkə futbolu2024-04-11 14:10
AFFA-da növbəti təyinatlar olacaq: yeni baş katib və PFL prezidenti
- Ölkə futbolu2024-04-11 13:34
Lunyov “Qarabağ”ın uğurunun sirrini açdı: məşqçilər, həkimlər və…
- Ölkə futbolu2024-04-12 08:00
Mikayıl Cabbarovun kadrları azərbaycanlılara qarşı