Digər idman növləri
“Miluoki Baks” 40 xallıq fərqlə məğlub oldu
MBA-da bu gecə 10 oyun keçirilib. Çempionluğa əsas namizəd sayılan “Miluoki Baks” komandasının böyük hesabla məğlubiyyətini gecənin sürprizi kimi qəbul etmək olar.
“Klivlend Kavalers” doğma arenada 135:95 hesabı ilə qələbə qazanıb. Məğlubiyyətin səbəblərindən biri kimi Yannisin oynamamasını qeyd etmək lazımdır. Onun yoxluğunda əsas güc Demian Lillardın üzərinə düşüb. Pleymeyker isə bunun öhdəsindən gələ bilməyib. O, görüşdə 17 xal toplayıb. Klivlend komandasının lideri Donovan Mitçell isə 31 xalla oynayıb.
Ardıcıl səfər oyunlarına çıxan “Hyuston Rokets” şərqə səyahətdən məğlubiyyətlə dönür. Komanda bu dəfə “Nyu-York Niks”ə məğlub olub. Görüşün ən məhsuldar basketbolçusu Rendl olub. O, 31 xal toplayıb. Alperen Şengün 18 xal, 10 ribaundla dabl-dabl edib.
Özünə gəlməyi bacaran “Los-Anceles Leykers” “Dallas Maveriks”i məğlubiyyətə uğradıb. Donçiçin tripl-dablı da qonaqları məğlubiyyətdən xilas etməyib. Entoni Devisin tripl-dabl etməsinə bir məhsuldar ötürmə yetməyib.
“Toronto Reptors” “Mayami Hits”dən üstün olub – 121:97. “Boston Seltiks” evdə “San-Antonio Spörs”ü çətinlik çəkmədən 117:98 hesabı ilə məğlubiyyətə uğradıb. Viktor Vembanyama 27 xalla görüşün ən məhsuldar oyunçusu olub.
Gecənin daha bir tripl-dablına İnqrem imza atıb. Onun şərəfini qoruduğu “Nyu-Orlean Pelikans” “Şarlott Hornets”ə 132:112 hesabı ilə qalib gəlib.
- Ölkə futbolu2024-04-17 17:17
Kadiri yeni məşqçiyə uyğunlaşır: “Zamana ehtiyacımız var”
- Müsahibə2024-04-18 08:00
Rezabala avrokuboka vəsiqə istəyir: “Səhv etməyə ixtiyarımız yoxdur”
- Müsahibə2024-04-17 16:07
Sekidika çempionatın səviyyəsindən razıdır: “İstənilən komandanı məğlub etmək olar”
- I Liqa2024-04-17 17:34
Apellyasiya Arbitraj Tribunalı AFFA İntizam Komitəsinin qərarını dəyişdi