Dünya futbolu
“Minay” Nuriyevin yoxluğunda macarlarla bacarmadı
Ukraynanın “Minay” komandası yoxlama oyunu keçirib.
Futbolinfo.az xəbər verir ki, milli komadaların oyunları ilə əlaqədar Premyer Liqada yaranmış fasilədən istifadə edən sözügedən kollektiv Macarıstan “Kişvarda”sı ilə qarşılaşıb.
Azərbaycanlı futbolçular – Anatoli Nuriyevlə Rüstəm Əhmədzadənin komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 1:2.
Nuriyev hazırda Azərbaycan milli komandasının düşərgəsində olduğu üçün bu oyunun iştirakçısı olmayıb. Rüstəm isə macarlarla görüşə start heyətdə başlayıb. Azərbaycanlı hücumçu ikinci hissədə əvəzlənib.
Qeyd edək ki, “Minay” bu mövsüm Ukrayna Premyer Liqasında keçirdiyi 18 oyunda 14 xal toplaya bilib və 14 kollektiv arasında 13-cü pillədə qərarlaşıb.
- Ölkə futbolu2024-05-13 08:32
“Qarabağ” – postsovet məkanının ən yaxşı komandası
- Ölkə futbolu2024-05-13 10:15
İK gündəmi: Premyer Liqada say dəyişməyəcək?!
- Ölkə futbolu2024-05-13 19:32
Rövşən Nəcəf: “Premyer Liqada iştirak edəcək klubların sayında artım olmayacaq”
- Ölkə futbolu2024-05-14 08:00
İcraiyyə Komitəsinin gözlənilən qərarları