Ölkə futbolu
“Mingəçevir” üçün yeni meydança
Mingəçevir şəhər stadionunun ərazisində standartlara uyğun yeni süni örtüklü meydança quraşdırılır. Bir ara dayandırılan işlər yenidən start götürüb.
Meydanın salındığı əraziyə iri çınqıl verilib, drenaj sistemi quraşdırılıb. Hazırda isə asfaltlama işləri görülür. Ehtiyat meydançanın tikintisi AFFA-nın maliyyə dəstəyi ilə reallaşır.
“Mingəçevir” klubunun aşağı yaş qrupları məşqlərini burada keçəcək. Lazım olacağı halda, əsas komanda I Liqadakı rəqiblərini məhz bu arenada qəbul edə biləcək.
Qeyd edək ki, əvvəllər də bu ərazidə ehtiyat meydança mövcud olub. Baxımsızlıqdan bərbad hala düşən qurğu indi yenidən futbolla nəfəs alacaq.
BƏHRUZ MUSAYEV, MİNGƏÇEVİR
- Premyer-liqa2024-04-14 20:55
“Qarabağ” “Sabah”a uduzdu
- Ölkə futbolu2024-04-13 08:35
Leandro Azərbaycan dilini öyrənib: “Qarabağ”da yaşadıqlarım mənim üçün gözəl hekayədir”
- Premyer-liqa2024-04-13 20:52
“Neftçi” “Araz-Naxçıvan”ı darmadağınla yola saldı
- Ölkə futbolu2024-04-14 08:00
“Turan Tovuz” avrokubok mübarizəsinə qayıtdı