I Liqa
Mingəçevirdə hər iki komanda hakimdən narazı qaldı, ara qarışdı – VİDEO
Dünən futbol üzrə Azərbaycan çempionatının Birinci Divizionunda keçirilən “Mingəçevir” – “Sumqayıt-2” görüşündən sonra xoşagəlməz olaylar yaşanıb. 9-cu tur çərçivəsində baş tutan görüş bitincə yerli azarkeşlər matçın baş hakimi Kamranbəy Rəhimovun idarəçiliyindən narazılığını çılğınlıqla bildirib.
Paralel olaraq qonaq komandanın futbolçuları da görüşün baş hakiminin işindən narazı qalıblar. Etirazların səngiməsinə mane olan polislər təhlükəsizliyi təmin edib, azarkeşlər ərazidən kənarlaşdırılıb.
“Sumqayıt-2”-nin baş məşqçisi də futbolçularını itələyərək, onları paltardəyişmə otağına göndərib, hadisələrin böyüməsinə əngəl olub.
Qeyd edək ki, oyun 1:1 hesabı ilə sona çatıb.
- Ölkə futbolu2024-04-19 21:00
“Sumqayıt” avrokubok iddiasını davam etdirir
- Premyer-liqa2024-04-19 18:26
“Turan Tovuz” “Sumqayıt”a böyük hesabla məğlub oldu
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq