Bizi izləyin

Müsahibə

Mirabdulla Abbasov: “Həm liqada qalmaq, həm də kuboku qazanmaq istəyirik”

blank
blank

“Səbail”in hücumçusu Mirabdulla Abbasovun futbolinfo.az saytına müsahibəsi

– Mövsümün geridə qalan 22 turluq periodunu “Səbail” necə dəyərləndirərdiniz?

– Təbii ki, turnir cədvəlində daha yaxşı yerdə olmağı istərdik. Təəssüf ki, nəticələr buna imkan vermədi. Lakin oyunumuzun heç də pis olduğunu düşünmürəm. Artıq hamımız yaxşı çıxışla yanaşı, həm də uğurlu nəticələr qazanmağa köklənmişik. İstəyimiz aşağı pillələrdən bacardığımız qədər uzaqlaşmaqdır.

– Mövsümün əvvəlində yığılan heyətə əsasən çoxları “Səbail”in iddialılar sırasında olacağını proqnozlaşdırırdı. Sizcə, komandanın hazırda autsayderlər zonasında yer almasının səbəbi nədir?

– Bəzən gözləntilər özünü doğrultmur. Mən də bunun fərqindəyəm. Heyətimizdəki futbolçuların hər biri meydanda öz sözünü deməyə qadirdir. Səbəblərin nə olduğunu dəqiqliklə deyə bilmərəm. Ola bilsin ki, yeni yığılmış komanda olduğumuz üçün uyğunlaşma prosesimiz uzun çəkdi. Bəhanələr gətirmək istəmirəm. Amma mövsümün ilk yarısında yaşadığımız bəxtsizliklərin də nəticəyə mənfi təsiri oldu.

– Mövsümün ilk yarısında 18 oyunda 2 qələbə qazanmısınızsa, qış fasiləsindən sonra bunu 4 matçda reallaşdırdınız. Deyəsən, baş məşqçi dəyişikliyi komandaya düşərli olub.

– Hazırda bütün komanda yoldaşlarımla birlikdə var gücümüzlə hər görüşdə maksimum nəticə qazanmağa çalışırıq. Bunun üçün əlimizdən gələnin ən yaxşısını edəcəyik. Qələbə qazandığımız qarşılaşmalar da bunun sübutudur. Komandada əhval-ruhiyyə yüksəkdir.

– Şahin Diniyevin qısa müddətdə etdiyi hansı dəyişikliklər diqqətinizi çəkib?

– Şahin müəllim təcrübəli və öz sözünü demiş məşqçilərimizdəndir. Komandada ab-havanı həmişə yüksək saxlayır. Böyük motivasiya və əzmkarlıqla bizi qarşıdakı matçlara hazırlaşdırır.

– Mövsümün ilk yarısı ilə müqayisədə şəxsi performansınızda nə kimi dəyişikliklər hiss etmisiniz?

– Mənim şəxsi performansımdan daha üstün komandamızın nəticəsinin yaxşı olmasıdır. Təbii ki, hər bir futbolçu kimi, mənim də əsas məqsədim komandamın qazandığı uğurlarda pay sahibi olmaqdır. Bunu komanda yoldaşlarımla birlikdə bacarmaq daha böyük zövq verir. Çünki futbol kollektiv oyunudur. Meydana çıxdınsa, şəxsi maraqlarını kənara qoymalı, komandan üçün vuruşmalısan. Peşəkar oyunçu olmaq bunu tələb edir.

– “Zirə” ilə oyunda fərqlənərək, bu mövsüm Premyer Liqada ilk qolunuzu vurdunuz. Nəhayət, tilsimi qırdığınızı demək olar?

– Cari mövsüm ölkə kubokunda və yoxlama görüşündə qol vurmuşdum. Amma Premyer Liqada bu mövsüm ilk qolumu vurdum. Ümid edirəm ki, bu qolların ardı gələcək və komandama daha çox fayda verərək, uğurlar qazanmasında pay sahibi ola biləcəyəm. Amma yenə deyirəm, əsas məsələ mənim qol vurmağım yox, komandamdır.

– Matçlarda adətən ehtiyatdan meydana daxil olursunuz. Əvvəlki Mirabdullanı izləmək üçün nə qədər vaxt lazımdır?

– Əsas heyətdə və ya əvəzetmədən meydana daxil olmaq baş məşqçinin qərarından asılıdır. Buna istənilən halda hörmətlə yanaşmalıyıq. Onlar hər şeyi analiz edirlər. Mən isə öz üzərimdə daha çox çalışaraq, görmək istədiyiniz Mirabdullanı göstərmək üçün çalışıram.

– Çempionatda sonuncu yeri tutub aşağı liqaya düşmək qorxusu davam edir. Eyni zamanda ölkə kubokunu qazana bilərsiniz. Seçim etmək imkanınız olsa, hansına üstünlük verərdiniz?

– Bu psixologiyanı öz üzərimizdən atmalıyıq. Elitada qalmaq uğrunda əzmkarlıqla mübarizə aparırıq. İnşallah, buna nail olacağıq. Kubok isə başqa cəbhədir. Çempionatdakı nəticələrin və ya neçənci yerdə qərarlaşmağın kubokda rol oynamadığını hamımız gördük. Buna görə də həm elitada qalmaq, həm də kuboku qazanmaq istəyirik.

– Növbəti turda yetirməsi olduğunuz “Neftçi” ilə qarşılaşacaqsınız. Bu matçı özünü təsdiq baxımından sizin üçün prinsipial saymaq olar?

– Mənim üçün rəqibin kimliyinin önəmi yoxdur. Hansısa prinsip də aparmıram. Şans veriləcəyi təqdirdə, bu görüşdə də maksimum gücümlə mübarizə aparmaq istəyirəm.

– “Bakcell Arena”dakı görüşə rəqib kimi hazırlaşmaq necə hissdir?

– “Bakcell Arena” mənə çox doğmadır. Ümumiyyətlə, Azərbaycanda ən çox bəyəndiyim stadiondur. Oradakı qarşılaşmalara başqa həvəslə hazırlaşıram. Məhz “Neftçi”yə qarşı oyun olduğuna görə yox, bu stadionu sevdiyim üçün.

CAVAD

Reklam

Reklam


blank
Dünya futbolu2024-04-17 01:05

ÇL-də ilk yarımfinalçılar müəyyənləşdi

blank
Milli komanda2024-04-16 23:01

“Bu gün daha yaxşı oynadıq” – Borisov

blank
Milli komanda2024-04-16 22:46

Millimiz gürcülərə yenə uduzdu

blank
Digər idman növləri2024-04-16 22:31

“Neftçi” uduzdu, “Abşeron” qalib gəldi

blank
Dünya futbolu2024-04-16 20:00

Braziliyalı futbolçu paytaxt klubundan ayrılacağını açıqladı

blank
Digər idman növləri2024-04-16 19:29

Atıcılıq Federasiyası Dünya Kubokunun rəsmi posterini təqdim edib

blank
Ölkə futbolu2024-04-16 19:00

“Kür-Araz”dan darmadağın, “Cəbrayıl”dan inamlı qələbə

blank
Digər idman növləri2024-04-16 18:19

Yarımfinal mərhələsinin daha bir oyunu keçirildi

blank
Dünya futbolu2024-04-16 18:00

“Golden Boy” mükafatına favoritlər açıqlandı

blank
Digər idman növləri2024-04-16 17:47

Alkaras Madrid turnirinə qədər sağalacağına əmin deyil

blank
Digər idman növləri2024-04-16 17:32

Kramarenkonun qızı sevgilisindən ayrıldı

blank
Əvəzedicilər2024-04-16 17:16

Əvəzedicilərin yarışında daha 2 turun oyun cədvəli müəyyənləşdi

blank
Ölkə futbolu2024-04-16 17:02

Lunyovun meneceri: “Qarabağ”dan təklif gözləyirik”

blank
Dünya futbolu2024-04-16 16:45

Belçikalı futbolçu üçün 2024-cü il erkən bitdi

blank
Digər idman növləri2024-04-16 16:31

Bakıdakı Dünya Kubokunda Azərbaycanı təmsil edəcək gimnastlar bəlli olub

blank
Ölkə futbolu2024-04-16 16:14

Rüfət ümidlidir: “Hər şeyin itirildiyini düşünmürəm”

blank
Digər idman növləri2024-04-16 16:00

Olimpiya məşəli alovlandırıldı

blank
Digər idman növləri2024-04-16 15:45

Azərbaycanın 5 gimnastı Çexiyada beynəlxalq turnirdə iştirak edəcək

blank
Digər idman növləri2024-04-16 15:31

Boston marafonunda sensasiya olmadı

blank
Premyer-liqa2024-04-16 15:14

“Qarabağ” – “Neftçi” matçının vaxtı açıqlandı

blank
Digər idman növləri2024-04-16 14:58

Avropa çempionlarımız Vətənə qayıdıb

blank
Milli komanda2024-04-16 14:47

UEFA AFFA-nı cərimələdi

blank
Digər idman növləri2024-04-16 14:36

Olimpiadaya lisenziya qazanan yığmamız Vətənə dönüb

blank
Dünya futbolu2024-04-16 14:25

Dünya çempionu vəfat etdi

blank
Dünya futbolu2024-04-16 14:14

Musa Qurbanlı “Yurqorden”in U-21 komandasında qol vurdu

blank
Milli komanda2024-04-16 14:03

Millimizin Monteneqrodakı toplanışı üçün 20 oyunçu

blank
Milli komanda2024-04-16 13:52

Millimiz bu gün növbəti yoldaşlıq oyununu keçirəcək

blank
Ölkə futbolu2024-04-16 13:41

“Zirə”də oynamış futbolçu 35 yaşında vəfat etdi

blank
Dünya futbolu2024-04-16 13:30

Dadaşov üçün mövsüm erkən bitdi

blank
Ölkə futbolu2024-04-16 13:19

AFFA-da fırtınaqabağı sakitlik: maliyyə yoxlaması davam edir

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm