Milli komanda
Mitov Bakıya tələsir
Şotlandiyanın “Sent-Conston” klubunun qapıçısı Dimitar Mitov yenidən Bolqarıstan millisinə çağırılıb.
Futbolinfo.az xəbər verir ki, ötən il yığmada debüt edən 27 yaşlı qolkiper Bakıda keçiriləcək “FIFA series – Edition 2024” turnirində Tanzaniya və Azərbaycan millilərinə qarşı matçlara çağırılmasına münasibət bildirib.
Mitov yenidən yığmaya dəvət aldığı üçün sevincli olduğunu söyləyib: “Qarşıma hədəf qoymuşdum ki, bir dəfə milliyə çağırılsam, müntəzəm orada yer almalıyam. Bu baxımdan stabil olmağa çalışıram. Ötən il ilk dəfə yığmaya dəvət aldım. İndi yenidən heyətdə varam. Bu da işlərin qaydasında getdiyini göstərir. Ümid edirəm ki, bu cür davam edə biləcəyəm. Futbol oynamağa başladığım uşaqlıq illərimdən yığmanın formasını geyinmək ən böyük arzum olub. Həmişə deyəcəyəm ki, ölkəm üçün oynamaq karyeramın ən qürurverici anıdır. Ümid edirəm ki, qarşıdakı turnirdə də uğurlu nəticələr göstərərik və bizim üçün xoş xatirə olaraq qalar”.
Qeyd edək ki, “FIFA series – Edition 2024” turnirinin oyunları martın 22-də və 25-də keçiriləcək. İlk turda Bolqarıstan – Tanzaniya, Azərbaycan – Monqolustan, II turda isə Tanzaniya – Monqolustan və Azərbaycan – Bolqarıstan görüşləri olacaq.
- Premyer-liqa2024-04-14 20:55
“Qarabağ” “Sabah”a uduzdu
- Ölkə futbolu2024-04-13 08:35
Leandro Azərbaycan dilini öyrənib: “Qarabağ”da yaşadıqlarım mənim üçün gözəl hekayədir”
- Premyer-liqa2024-04-13 20:52
“Neftçi” “Araz-Naxçıvan”ı darmadağınla yola saldı
- Ölkə futbolu2024-04-14 08:00
“Turan Tovuz” avrokubok mübarizəsinə qayıtdı